Mövhumatçıların problemi, dinlərini xurafatlardan öyrənmələridir.
Qaynaq xurafatlar olduqda din adına terrorizm asanlıqla yayılar.
Buna qarşı yeganə həll yolu Qurandakı əsl dindir.
Səhv bilinən İslam
"Ya mənim dinimə qayıt, ya da öl!", məhz bu mövhumatçıların şüarlarından biridir. Mövhumatçılıqda demokratiya, fikir azadlığı, sevgi, hörmət, şəfqət, dostluq, fədakarlıq kimi anlayışlar yoxdur. Bəzi insanlar mövhumatçılıq və radikalizmi haqq dinlə qarışdırırlar. Halbuki mövhumatçılığın özü bir dindir. Hər ideologiyaya sahib insanlar arasında mövhumatçılıq dininin nümayəndələri var. İslamda,
musəvilikdə, xristianlıqda olduğu kimi, marksizmdə, faşizmdə, ateizmdə də mövhumatçılar çoxdur. Hamısı birlikdə eyni batil dini müdafiə edərlər: "Sənin fikrini qəbul edə bilmərəm! Ya mənimkini qəbul et, ya da yox ol!"
Bu dözülməz və azğın din, xüsusilə son dövrlərdə, əksərən İslam dini kimi qəbul olunmağa başlandı. Bəziləri mövhumatçılıq dinini İslam adlandırdılar. Mövhumatçılıq dininə olan qorxularını İslama aid etdilər. Belə ki, İbrahimi bir dinin adı, "qorxu" sözüylə birgə çəkildi. Bütün dünyada islamofobiyadan danışdılar. İnsanlar qorxularının səbəbinin İslam dini deyil, mövhumatçılıq olduğunu bilmədilər. Mövhumatçıların yaratdığı mövhumatçı dinin İslam adı altında ortaya çıxdığını görmədilər. Çünki heç kim onlara bu dinin İslam olmadığını izah etmədi. Həqiqi İslamın bu mövhumatçı, ürküdücü, sevgisiz və nifrət dolu dinlə heç bir əlaqəsinin olmadığını, nə İslam adına ortaya çıxan radikallar, nə də bu radikallardan çəkinən islamofobiyaçılar göstərdi. İslam radikalları bütün dünyaya, amma ən çox da müsəlmanlara zərər verməyə başladılar.
Bu gün
İslam aləminin böyük hissəsinin problemi, Quranı tərk etmələridir.
Hər "din böyüyü" olaraq xarakterizə edilən insanın öz şəxsi şərhi hökm
olaraq qəbul edilmiş,
buna ait fərqli tətbiqi əsas götürmüşdür.
Bu saytda radikalizmə qarşı tənqidləriylə ön plana çıxan bəzi qərbli islamofobiyaçıların iddialarına və mövhumatçılarin qorxunc məntiqlərinə cavablar verilir. İslama aid edilməyə çalışılan saxta mövhumatçı dinin müxtəlif mənbələrində verilən iddialarının əsassızlığı Qurandan misallar gətirilərək izah olunur. Xüsusilə bu iddiaya istiqamətli bir fəaliyyət yürüdülməsinin səbəbi, İslama yönəldilən bütün tənqidlərin eyni xüsusiyyət daşıması və radikalizm dininin İslam hesab edilməsindən qaynaqlanır. Əsas məqsədimiz İslama atılan əsassız böhtanların və İslam dini haqqında yanlış məlumatların Qurandan dəlillər gətirilməklə izah olunması və bu yanlışlığın aradan qaldırılmasıdır.