Mövhumatçıların problemi, dinlərini xurafatlardan öyrənmələridir. Qadınlar bu dünyanın ən gözəl nemətlərindən biridir
Mövhumatçılarin qadınlara baxışının təməlində, qadınların imanının və ağlının çatışmadığını hesab edən anlayış durur. Bundan ötrü də, qadınların yarımçıq varlıq hesab edilməli, idarə edilməli və yönləndirilməli olduğu düşüncəsi hakimdir. Bu zehniyyətin sahibləri üçün qadının varlığı belə təhlükə və qəzəb səbəbidir. Məhz buna görə də, onları mümkün qədər qapalı saxlamağa, cəmiyyətdən təcrid etməyə, bütün haqqlarını əlindən almağa və haqqlarının olmadığını elan etməyə ehtiyac duyurlar. Qadınları öz aləmlərində ikinci dərəcəli varlıq halına gətirib, onların qərarlar verməsinə və sosial məsələlərdə aktiv olmasına mane olaraq, öz hakimiyyətlərini qurduqları bir cəmiyyət meydana gətirməyi hədəfləmişdirlər. Çünki onlar, qadınların ümumiyyətlə incəlikləri düşünə bilən, ağıllı şəkildə qiymətləndirə bilən, incə nöqtələri tutaraq müxtəlif nəticələr çıxarda bilən xüsusi varlıqlar olduqlarını bilirlər. Qadınların saxta üsullarla təcrid edilmələri, mövhumatçı zehniyyətdəkilərin saxtakarlıqlarını da asanlıqla yaymalarına şərait yaratmışdır. Halbuki Allah, təqvalı olmaqda qadın-kişi fərqinin olmadığını bildirmiş, yaxşı əməllər işləmək, gözəl əxlaqın yayılması üçün səy göstərmək, Allah yolunda fikri mübarizə aparmaq kimi məsələlərdə qadın və kişiyə eyni məsuliyyətləri yükləmişdir. Qurana görə qadınlar və kişilər məsuliyyət cəhətdən bərabərdirlər; lakin diqqət, qayğı və verilən dəyər baxımından qadınlar Quranda kişilərdən üstün tutulmuşdur. Bəzi mövhumatçılar və İslam əleyhdarları tərəfindən indiyə qədər daim qadınların əleyhinə bir dəlilmiş kimi istifadə olunmağa çalışılan bəzi ayələr, əslində qadınların üstünlüyünü, uca Rəbbimizin qadınlara verdiyi əhəmiyyəti və dəyəri göstərən ayələrdir. Bu ayələrin mənalarını sonrakı sətirlərdə ətraflı şəkildə açıqlayacağıq. Quranda Rəbbimizin qadınlar barədə etdiyi bənzətmə onların dəyərini də göstərir. Quranda qadınlar zərif bir bitkiyə, çiçəyə bənzədilmişdir. Hz. Məryəm üçün edilən bu təsvir, qadınlara verilən əhəmiyyət və dəyərin açıq izahıdır: Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi... (Ali İmran surəsi, 37) Gözəl bir bitkiyə baxmaq, fövqəladə diqqət tələb edər. Gözəl bir bitki nazənin və dəyərlidir, qayğı və diqqət tələb edir. Adından da aydın olduğu kimi gözəldir. Çiçəyin bu gözəlliyi, həssaslığı, qayğıya olan ehtiyacı, dəyəri, əhəmiyyəti qadınların İslamdakı yerini mükəmməl izah edir. Bu bir həqiqətdir ki, Allah, yer üzündəki bütün çiçəkləri və bitkiləri gözəllik ünsürü, sevinc bəxş edən nemət, təmizlik və estetika simvolu, həmçinin fövqəladə yaradılış möcüzəsi kimi yaratmışdır. Gözəlliyi ifadə edən belə bir yaradılışın qadınlara istinad edilərək işlədilməsi, Allahın təmizlik, estetika və gözəlliyi simvolizə edən bir əsərini qadınlara bənzətməsi, qadınlara verilən dəyəri çox yaxşı izah edir.
Qurana görə qadın Quranda qadınlardan bəhs olunan ayələrdə, onlara böyük qayğı göstərilərək dəyər verilmiş, bütün çətin şəraitlərdə xüsusi olaraq himayə altına alınmışdırlar. Lakin buna baxmayaraq, məsulliyət cəhətdən kişilərlə eyni tutulmuşdurlar. Dolayısilə qadınların qorunması, buna möhtac olduqlarından ötrü deyil, onlara xüsusi dəyər verildiyindən ötrüdür. Qurana görə qadınlar istədikləri işlərdə işləyə bilərlər, lakin işləmək məcburiyyətində deyildirlər. Qurana görə qadınlar Səba məlikəsi nümunəsində gördüyümüz kimi dövlət başçılarıdır. Qurandakı qadınlar hz. Məryəm (ə.s) nümunəsində görəcəyimiz kimi çətinlik anlarında səbirlilik və qərarlılıqda üstündürlər, aləmlərin qadınlarına nümunədirlər. Qurana görə qadınlar sultandırlar, daim əl üstündə tutulmalı varlıqdırlar. Dolayısilə qadınlara baxış prizmasında bütün insanların izləməli olduğu ən mükəmməl rəhbər Qurandır. Peyğəmbərimiz (s.ə.v)-in dövründə, qadınlar kişilərlə birlikdə həyatın bütün sahələrində özlərinə yer tutmuşdurlar. Peyğəmbərimiz (s.ə.v)-in mübarək həyat yoldaşı hz. Xədicənin bölgənin ən əhəmiyyətli iş qadınlarından biri olması, qadınların sosial həyatda necə fəal rol oynaya biləcəyini göstərən çox əhəmiyyətli məlumatdır. Üstəlik, Peyğəmbərimiz (s.ə.v)-in dövründə, istər İslamı yeni tanıyanların öyrədilməsində, istər cəmiyyətdəki nizam-intizamın bərqərar olunmasında, istərsə də müharibələrdə belə qadın və kişi səhabələr boyunlarına bərabər məsuliyyətlər götürmüşdürlər. Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarına göstərdiyi nəzakət, sevgi, şəfqət və yaxşılıq isə, bütün insanlar üçün ən gözəl nümunədir. Xanımlarıyla qaçış yerişi keçirən, xanımının dəvəyə minməsi üçün əyilib ona kömək edən, hər fürsətdə qadınların üstünlüklərini tərifləyərək dilə gətirən, təşkil olunan əyləncələri seyr edərkən başını həyat yoldaşının çiyninə qoyan gözəllər gözəli Peyğəmbərimiz (s.ə.v)-in, mövhumatçılarin ürküdücü tətbiqlərinin həyata keçirilməsinə qətiyyən imkan verməyəcəyi aydındır. Şübhəsiz ki, mövhumatçılar Rəsulullah (s.ə.v) adından belə hədislər uydurmaqla səhabələri də günahlandırır, həm Peyğəmbərimiz (s.ə.v)-ə, həm də səhabələrə iftira atır və çox böyük məsuliyyət yüklənirlər. Mövhumatçılarin dinində təsvir olunan qadının Quranda təsvir edilən qadından niyə bu qədər fərqli olduğu, bəzi saxta hədislərə nəzər yetirildikdə aydınlaşacaqdır. Bütün bu saxta hədislərə Quran vasitəsilə ən qəti və konkret cavablar verilmişdir.
Mövhumatçılarin qadınlara atdığı iftiralar Qadınların ağlının və dininin əskik olduğu iddiası Çox lənət edir və ərlərinizə nankorluq edirsiniz. Ağıllı bir kişini sizin qədər aldada bilən, ağlı və dini əskik başqa bir varlıq görmədim. (Müslim, İman, 34/132; İbni Mace, Fiten 19/4003) Allah: "…Mən onu mükəmməl və ağıllı olaraq yaratmışdım. İndi zəif ağıllı biri halına gətirəcəyəm; o iyrənərək və istəməyərək daşıyacağı körpəsini çətinliklə dünyaya gətirəcək" dedi. (et-Taberi Tefsir I 235 v.d.; Vffl143-44; Tarih 1/1 146-148; es-Salebi Arais&.21; İbnu'1-Esir el-KâmilI 34; tbn Kuteybe Te'vîlü Muhteüfi'l-Hadiss. 139)
Bəhs olunan saxta hədislərlə Allaha iftira atmaları, mövhumatçılarin nə qədər həddi aşdıqlarını da göstərir. Şübhəsiz ki, Quranın heç bir ayəsində; "İndi zəif ağıllı biri halına gətirəcəyəm; o iyrənərək və istəməyərək daşıyacağı körpəsini çətinliklə dünyaya gətirəcək" ifadəsi yoxdur. Bəs onda Allahın sözü olduğu iddia edilən bu cümlə haradadır? Allahdan gəldiyi iddia edilən bu vəhy, Quranda olmadığına görə haradadır? Ancaq mövhumatçılıq dininin ən böyük fitnələrindən birinin Allah adından yalan uydurmaq olduğundan, bu qorxunc iftiranı ata bilirlər. Hamiləlik Quranda müqəddəs sayılmış vəziyyətdir və bundan ötrü də, Quranda ana da müqəddəs sayılmışdır. Uca Rəbbimizin bu barədəki ayələri belədir:
Biz insana ata-anasına yaxşı davranmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”. (Əhqaf surəsi, 15) Hz. Məryəm (ə.s), Allahın diləməsi nəticəsində hamilə qalmış, hamiləlik müddəti ərzində bütün çətinliklər qarşısında səbr etmiş və göstərdiyi bu səbir və Allaha olan bağlılığına görə bütün aləmlərin qadınlarından üstün edilmişdir: Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi”. (Ali İmran surəsi, 42) Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişdir. Onun anası isə, dürüst qadındır... (Maidə surəsi, 75) Mövhumatçılar qadınlar barədə, "zəif ağıllı", "iyrənərək və istəməyərək daşıyan" kimi əsassız ittihamlarla öz ürküdücü zehniyyətlərini göstərir və hz. Məryəm (ə.s)-ı, səhabələri və üstün xüsusiyyətləriylə təriflənən digər bütün imanlı qadınları da öz aləmlərində təhqir edirlər. Hamiləlik müddətinin çətinliklər içində keçməsi və uşağın çətinliklər içində doğulması, dünya həyatının çətinliklərindən biridir və bu, səbir, böyük güc və iradə tələb edir. Allah, bu böyük çətinliyə səbr edən bir ananın, Öz qatında çox böyük dəyərə sahib olduğunu bildirir. Məhz bundan ötrü də, Allaha təvəkkül edərək, Allah sevgisindən dolayı bütün bu çətinliklərə səbir edən bir ana üstün bir varlıqdır. Anaya verilən bu dəyər, Quranda bildirilən əxlaq xüsusiyyətlərindən biridir.
Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, könüllü surətdə Allaha baş əyən kişilər və könüllü surətdə Allaha baş əyən qadınlar, sadiq kişilər və sadiq qadınlar, səbirli kişilər və səbirli qadınlar, hörmətlə Allahdan qorxan kişilər və hörmətlə Allahdan qorxan qadınlar sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. (Əhzab surəsi, 35) Ayədən də göründüyü kimi, Allahdan qorxmaq, Allahı zikr etmək, Allaha sadiq olmaq, səbirli olmaq, sədəqə vermək kimi, müsəlmanların əsas xüsusiyyətlərinin heç birində qadın-kişi ayrı-seçkiliyi yoxdur. Quranda qadınların mömin xüsussiyyətlərindən hər hansı birinə daha az sahib olduğuna dair, ən cüzi bir işarə belə yoxdur. Qadın və ya kişi olmasından asılı olmayaraq, bir insan var gücüylə Allahdan qorxmaqla, Allahı böyük eşqlə sevməklə və Allah rizasının ən çoxunu qazanmaqla məsuldur.
Qadınların əyri olduğu iddiası
Quranda insanın yaradılışı ətraflı olaraq bildirilmişdir və bu şəkildə təsvir edilmişdir: Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 12-14) Heç bir Quran ayəsində qadının qabırğa sümüyündən yaradıldığını və əyri olduğunu bildirən bir ifadə yoxdur. Mövhumatçılarin bu ifadələrinin əksinə uca Rəbbimiz qadını və kişini "ən gözəl surətdə" yaratdığını bildirir: Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Mümin surəsi, 64) Bəhs olunan saxta hədisdə keçən; "onu doğrultmağa çalışsan sındırarsan" ifadəsində də qadının həm görünüş, həm də fikir cəhətdən əyriliyə sahib olduğu və əsla düzələ bilməyəcəyi istiqamətində çirkin istinad gözə çarpır. Quranda belə bir ifadə keçmir. Bu əslində, bir mövhumatçının qadına qarşı qəzəb dolu baxış prizmasının əsasını göstərir. Qurandan öyrəndiyimiz isə budur: Qadın və ya kişi olmasından asılı olmayaraq, əlbəttə ki, hər insanın xətaları, nöqsanları, səhvləri ola bilər. Qurana görə bu səhvlər, gözəl və nəzakətli dillə öyüd-nəsihət verilərək, səhvlər və doğrular göstərilərək, insanın vicdanına xitab edərək düzəldilər. Heç kimin bir insanı; "bu əsla düzəlməz" deyərək kənara atma haqqı yoxdur. Bunu edən, özünü ehtiyacsız və üstün hesab edən bir insan, axirətdə "bu düzəlməz" dediyi insanın olduqca gözəl mövqedə olduğunu görə bilər. Kimin doğru yolda olduğunu yalnız Allah bilir. Mövhumatçılarin qadınların əvvəlcədən əskik, qüsurlu olduğuna dair batil inancları, sonradan da dəyişmələrinin mümkün olmadığı yanılmasıyla möhkəmləndirilmişdir. Bundan ötrü də, bir çox saxta hədisdə, yaxşı qadınların sayca çox az olduqları, əksəriyyətinin də cənnətə layiq olmadığı kimi yanlış məlumatlar var.
Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar Qadınlar arasında yaxşı qadın, yüz qarğa arasındakı bir ala qarğa kimidir. (Sahih-i Buhari) Doxsan doqquz qadından biri cənnətdə, digərləri isə cəhənnəmdədir. (Sahih-i Buhari) Ey qadınlar! Sədəqə verin və çox bağışlanma diləyin. Çünki mən cəhənnəm xalqının əksəriyyətinin sizlər olduğunu gördüm. (Müslim, İman, 34/132 İbn Mace, Fiten 19/4003) Mövhumatçılarin meydana gətirdikləri cəmiyyətlərdə qadınların niyə ikinci dərəcəli vətəndaş qəbul edilib alçaldıldığını bəhs olunan saxta hədislər çox açıq göstərir. Belə saxta hədislərin uydurulmasından sonra bəzi İslam cəmiyyətləri, qadınları alçaldan, onları ev dustağı edən mövhumatçı və qorxunc cəmiyyətlərə çevrilmişdirlər. Qadınların ikinci dərəcəli varlıq hesab edilməsi, cəmiyyətləri görünməmiş mədəniyyətsizliyə, məhvə, zövqsüzlüyə və boşluğa sürükləmişdir. Bu mövhumatçı zehniyyətin nümayəndələri qətiyyən nə qabağa gedə bilmiş, nə də inkişaf edə bilmişdirlər. Hal-hazırda Orta Şərqdəki bir çox ölkə, tam mənasıyla bu ürküdücü zehniyyətin gətirdiyi məhvin və keyfiyyətsizliyin içindədir. Halbuki Qurandakı din olduqca gözəl, sadə, keyfiyyətli və sülhsevərdir. Həmin bu mövhumatçılar, cənnətin ən gözəl bəzəyi olan qadınlara dünyada da, axirətdə də Allahın böyük dəyər və əhəmiyyət verdiyini qətiyyən dərk edə bilməmişdirlər. Ən əhəmiyyətlisi də, qətiyyən Qurana baxmamışdırlar. Aydın ola biləcəyi kimi, bəhs olunan saxta hədislərdə keçən ifadələrin heç biri Quranda yoxdur. Əxlaq pozuqluğu göstərən, pislik edən və haram işləyən insanları Allah Quranda ətraflı şəkildə təsvir etmişdir və bu təsvirlərin heç birində bu insanların xüsusən qadınlar olduğu bildirilmir. Məsələn, Allah Quranda insanların böyük hissəsinin iman etməyəcəyini, iman etdiyini söyləyənlərin böyük hissəsinin də şirk qoşduqlarını bildirmişdir: Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir, lakin insanların çoxu iman etməz. (Rad surəsi, 1) Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. (Yusif surəsi, 106) Başqa bir ayədə isə, Allahın insanlara öyüd ala biləcəkləri çox imkan yaratmasına baxmayaraq, onların əksəriyyətinin lazımi qədər ibrət almadığı və əxlaq pozuqluqlarını davam etdirdikləri bildirilir: Andolsun bunu, öyüd alıb düşünmələri üçün müxtəlif formalarda izah etdik. Ama insanların çoxu nankorluq və inadkarlıq etdilər. (Furqan surəsi, 50) Göründüyü kimi, nə bu ayələrdə, nə də Quranın digər ayələrində əxlaq və rəftar pozuqluğu göstərən insanların (mövhumatçılarin iddia etdiyi kimi) əksəriyyətinin qadınlar olduğunu göstərən bir ifadə var. Heç bir ayədə əxlaqsızlıq edənlər cinsiyyətlərinə görə ayrılmamışdır. Heç bir ayədə qadınların daha əxlaqsız olduğunu və cənnətə daha az sayda qadının girəcəyini bildirən məlumat belə yoxdur. Saxta hədislərdəki bu məlumatlar, xüsusilə qadın düşmənçiliyini yaymaq üçün, hazırlanmış böyük bir saxtakarlıqdır. Quran, həmin bu saxta hədisləri qəti və dəqiq açıqlamalarla təkzib edir.
Qadınların dinin yaşanmasına mane olduğu iddiası Qadınlar olmasaydı Allaha lazımi qaydada ibadət edilərdi. (Suyuti, Buhari, İbn-i Adıyy, Ebu Hatim, İbn-i Cevzi, Muhammed Nasuriddin, İbn-i Hıbban hadisi mevzu kabul ederler.) (Silsiletul Ehadisuzzaif: 74, Tenzihuşşeria: 1/62, El-leali : 2/59) Qadınlar olmasaydı, kişilər cənnətə girərdi. (İbn-i Arrak, Es- sakafi hadisi kabul etmezler. (Camiussağir: 2/113)) Əvvəlcə bu əhəmiyyətli xüsusu təkrar xatırladaq: Bu saxta hədislərdə izah edilən qorxunc zehniyyət, qətiyyən Quranda mövcud deyil. Yuxarıda verilən saxta hədislərdəki açıqlamalara gəldikdə: Zəif imanlı və ya dinsiz insanları din əxlaqını yaşamaqdan uzaq tutan şey, qadınlar və ya dünyanın başqa bir neməti deyil, öz vicdan, ağıl və iradə zəiflikləridir. Allah bu dünyanı imtahan mühiti olaraq yaratmışdır. İnsan, həyatı boyu sıxıntılar, çətinliklər, xəstəliklər və acizliklərlə imtahan olunduğu kimi, nemətlərlə və gözəlliklərlə də imtahan olunur. Qadın da bu dünyanın nemətlərindən, bəzəklərindən biridir. Amma hər nemət kimi nemətin necə qiymətləndirildiyi, nemət sahibinin əxlaqından asılıdır. Allah Quranda dünya nemətlərinin insanları imtahanı üçün yaradıldığını belə bildirmişdir: Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır (Ali İmran surəsi, 14) Qadınlar kimi, oğul-uşaq, qızıl, gümüş, ehtişamlı heyvanlar, bitkilər, yəni zənginlik də dünya nemətlərindəndir və insanların gözünə gözəl göstərilmişdir. Ancaq iman sahibi bir insan, bütün bu nemətlərin əsil sahibinin Allah olduğunu, dünyadakı bütün nemətlərin müvəqqəti olduğunu və onların ən gözəlinin və daha artığının cənnətdə olduğunu bilir. Buna görə də, bu nemətlərin heç biri onu Allahdan və Onun yolunda cəhd etməkdən yayındırmaz. Əgər bir insan, bu nemətlərdən hər hansı birinə görə qəflətə qapılır, Allahın rizasının ən çoxunu axtarmaqdan imtina edirsə, bu onun iman zəifliyindən qaynaqlanır. Bunun məsulu nemətlər deyil, insanın özüdür. Dolayısilə (bu vəziyyətini düzəltmədiyi təqdirdə), bunların qarşılığını alan da özü olacaq. Bu məsələdə başqasını günahlandırmaq, axirətdə insana heç bir fayda verməz. Dolayısilə bu saxta hədislərə əsaslanaraq, xətalarından, günahlarından, gördüyü pis işlərdən ötrü, qadınları müqəssir tutan bir kişi yalnız özünü aldadar. Qurana görə istənilən şərait və istənilən vəziyyətdə iman etmiş olmağın tələbi, Allaha qulluq vəzifəsini layiqincə yerinə yetirməkdir. Heç bir insan axirətdə Allah qarşısında; "Mən qadınlar ucbatından lazim olduğu kimi ibadət edə bilmədim" bəhanəsini ortaya ata bilməyəcəkdir. Bu həqiqət bir ayədə belə bildirilir: "...əslində, insan öz əleyhinə şahidlik edəcəkdir; üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da" (Qiyamət surəsi, 14-15), yəni insan nə qədər bəhanə uydursa da doğru olanın nə olduğunu çox yaxşı bilir. Bəhs olunan saxta hədisləri əsas götürüb öz iradəsizlikləri ucbatından qadınları günahlandıran bəzi insanlar, əlbəttə ki, ikiüzlü olduqlarından, bəhanələr uydurduqlarından xəbərdardırlar. Dünyada bunu görməzlikdən gəlmələri heç nəyi dəyişdirməyəcəkdir. Allahın hüzurunda dayandıqlarında; "...hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq?..." (Ali İmran surəsi, 25).
Qadınların ağlına uymamağın lazım olduğu iddiası
Qadınlara itaət peşmanlıq gətirər. (Tezkiratul Mevzuat: 128, Kitabul Mevzuat: 2, 272) Qadınlarla müşavirə tərtib edin, onlardan məsləhət alın və onların söylədiklərinin əksini edin. (El-Makasıdul Hasene: 248, Tezkiretul mevzuat:128, Tenzihuş Şeria: 2-204, Silsiletul Ehadis: 432) Qadınlardan məsləhət almayın, onlara qarşı çıxın. Qadınlara qarşı çıxın, çünki qadınlara qarşı çıxmaq bərəkət gətirər. (Kadınlara Dîni Bilgiler 44,45 Suyuti, Leali II, 147; İbn Arrak, Tenzihü'ş Şeria II, 210) Hər kim, arvadına itaət edərsə, Allah (c.c) onu üzüstə Cəhənnəmə atar. (İbn Arrak II, 215) Göründüyü kimi, mövhumatçılarin qadınları öz aləmlərində aşağı varlıq qəbul etmələrinin ən əhəmiyyətli göstəricilərindən biri də qadınları cəmiyyətdə təsirli mövqelərdə qətiyyən görmək istəməmələridir. Buna görə də, qadınların idarəçi olmalarına qarşı çıxırlar. Hətta qadınlarla məsləhət aparılmasını belə qəbul etməzlər. Qadınların düşündükləri hər şeyin yanlış olduğu, etdikləri hər şeyin səhv olduğu kimi azğın məntiqə sahibdirlər. Bu, qadınları tamamilə cəmiyyətdən təcrid etmək üçün, qurduqları iyrənc oyunun bir parçasıdır. Yuxarıdakı uydurma hədislər də bu məqsədlərinə xidmət etmiş və bir çox ölkədə bu azğın fikirlərin hakim olduğu mövhumatçı və qadın düşməni cəmiyyətlər meydana gəlmişdir. Halbuki bu məntiq Qurana, Peyğəmbərimiz (s.ə.v)-in tətbiqlərinə və İslam dininə tamamilə ziddir. Məsələn, saxtakar mövhumatçılar; "bir qadını başçıları edən qövm əsla nicat tapmaz" yalanını öz aləmlərində yaymağa çalışarkən, Allah Quranda dövlət başçısı olan bir qadını nümunə verir: Səba məlikəsi... "Qadınlardan məsləhət almayın" deyən mövhumatlara baxmayaraq, Səba məlikəsi, iş barəsində bütün qərarları verən tək lider mövqeyindədir. Ayələrdə Səba məlikəsinin liderlik xüsusiyyəti belə ifadə edilir:
Qövmünə hakimlik edən qadın başçı Səba məlikəsi hz. Süleyman (ə.s)-a belə tanıdılmışdır. Hz. Süleyman (ə.s)-dan Səba məlikəsinə İslama dəvət məktubu göndərildikdən sonra Səba məlikəsi öz qövmünün ağsaqqallarından məsləhət almış və onlar da ona bu cavabı vermişdirlər: Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. İş barəsində qərar verməksə sənindir. Nə buyuracağını özün fikirləş!” (Nəml surəsi, 33) Göründüyü kimi Qurana görə qadın, dövlət başçısı, hökmdar ola bilir və iş barəsində qərar verib əmrini tətbiq elətdirə bilir. Mövhumatçılarin dinindəki qadınla Qurandakı qadının xüsusiyyəti tam mənasıyla bir-birinə zidddir. Mövhumatçılar, bəhs olunan saxta hədislərdə çəkinmədən qadınlara etdikləri bu təhqirləri əslində hz. Məryəmə, Quranda danışılan mömin qadınlara, Peyğəmbərimiz (s.ə.v)-in mübarək zövcələrinə və qadın səhabələrə qarşı da etdiklərindən xəbərsizdirlər. Qadını bu qədər alçaq hesab edən, belə qəribə zehniyyətin, bütün qadınları alçaq hesab etdiyi unudulmamalıdır. Həmin bu mövhumatçılar Qurandan nə qədər fərqli həyat tərzi yaşadıqlarını, Peyğəmbərimiz (s.ə.v) dövründəki qadınların vəziyyətinə baxdığımızda da açıq şəkildə görərik: Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşı hz. Xədicə Məkkənin ən varlı tacirlərindən biri idi. Şama ticarət karvanları göndərirdi, bu iş üçün yanında işlətdiyi insanlar vardı. Mədinə dövründə də qadınlar dəri emalı, ip emalı, toxuculuq, dərzilik, dərman istehsalı, gözəl qoxu (ətir) satışı kimi bir çox ticarət işiylə məşğul olur, həyatın hər sahəsində fəal iştirak edirdilər. Müharibəyə çıxılan zamanlarda qadın səhabələr kişilərlə birlikdə döyüşlərə qoşulur, lazım gəldikdə ön cərgələrdə çıxış edirdilər. Rayta bint Abdillah, hz. Peyğəmbər (s.ə.v)-ə: "Ey Rəsulullah mən sənətkar bir qadınam, ərimin (Abdullah ibn Məsud) və övladımın heç nəyi yoxdur; sənətkarlıq işimdən əldə etdiyim məhsulları satıram" deyər və ailəsi üçün xərclədiklərindən ötrü savab qazanıb qazanmadığını da soruşar. Hz. Peyğəmbər, ona: "Onlar üçün xərclədiklərindən ötrü, əlbəttə ki, savab qazanırsan" deyə cavab verər. (İbn Sa'd, et-Tabakât, VIII, 290; Nuaym, Hilye, II, 69; İbnu'l-Esîr, Usdu'l-Gabe, VII, 121) Göründüyü kimi Peyğəmbərimiz (s.ə.v)-in dövründəki qadınlar; evlərini dolandıran, ailə həyatında sözü keçən qadınlardır; Peyğəmbərimiz (s.ə.v) də bu səyi tərifləyir. Peyğəmbərimiz (s.ə.v)-in dövründə Əsləm qəbiləsindən olan Kuaybe binti Sadın, xəstələri və yaralıları müalicə etdiyi bildirilir. Yəni qadınlar Peyğəmbərimiz (s.ə.v) dövründə həkimlik edirlər. Belə ki, Həbəşistana hicrət edən, ağıllı, mədəni və təcrübəli bir qadın olan Əsma binti Ümeysin də yaxşı həkim olduğu məlumdur. Ümmü Sələmə, Əsma binti Ümeysin hz. Peyğəmbər (s.ə.v) üçün, "Hindistan və Yəməndən gətirilən bitkilər və zeytun yağı ilə bir dərman" hazırladığı söyləyir. Bu rəvayətdə Əsmanın, bu dərmanın hazırlanma üsulunu Həbəşistanda öyrəndiyi də bildirilir. (İbn Sa'd, a.g.e, II, 236) Hz. Peyğəmbər (s.ə.v) dövründə, Mədinədə gözəl qoxu (ətir) satan qadınlardan bəzilərinin adları çəkilir. Bunlardan biri olan Müleykə Ümmüs-Saib əl-Səkafiyyə, gözəl qoxu (ətir) satmaq üçün hz. Peyğəmbər (s.ə.v)-in hüzuruna daxil olar. Yəni Peyğəmbərimiz (s.ə.v) dövründəki qadınlar satıcılıqla da məşğul olurdular. Bütün digər müsəlmanlarla birlikdə döyüşə qoşulan qadın səhabələrin vəziyyətini ən mükəmməl açıqlayan rəvayətlərdən biri də aşağıdakı kimidir: "Möminlərin qəflətindən faydalanan müşriklər döyüş meydanına elə girdilər ki, Rəsulun ətrafında onu qorumaqla vəzifəli 10-12 nəfərlik dəstə də müharibəyə qoşulmaq məcburiyyətində qaldı. Bir anda tək-tənha qalan Peyğəmbərimiz (s.ə.v)-in yanında təkcə hz. Nəsibə vardı. Bu 40-50 saniyəlik tənhalıq idi. Müşriklərdən biri, bunu fürsət bilib hücum etsə də Nəsibə qılıncıyla onu öldürdü. Ardınca Rəsulullaha ikinci bir müşrik hücum etdi. Bu ikiqat zireh geyinmiş bir müşrikdi. Nə qədər vursa da öldürə bilmirdi. Öz çiyinindən belinə qədər ağır bir qılınc zərbəsi aldı. Bu əsnada digər möminlər yetişib kafiri məhv etdilər. Bu bir neçə saniyəlik müddət o qədər əhəmiyyətli idi ki!... Uhud döyüşündə Nəsibə tam on bir yerdən yaralandı. Buna baxmayaraq, müharibənin sonuna qədər imtina etmədi. Göründüyü kimi, saxta hədislərin tam əksinə Peyğəmbərimiz (s.ə.v)-in dövründə qadınlar döyüş meydanı kimi, olduqca kritik mühitlərdə belə iştirak etmişdirlər. Müharibədə Peyğəmbərimiz (s.ə.v)-in qorunması kimi, olduqca əhəmiyyətli bir vəzifəni qadın səhabələr yerinə yetiriblər. Peyğəmbərimiz (s.ə.v)-in, həyati təhlükə dolu belə riskli bir mühitdə qadınların özünü qorumaq vəzifəsini boynuna götürməsini uyğun görməsi, həmin bu qadın səhabələrin ağıllarına və vicdanlarına nə qədər güvəndiyinin mühüm bir əlamətidir. Quranda; "ey iman gətirənlər, "bizi izlə, bizə bax" deməyin, "bizi qoru" deyin..." (Bəqərə surəsi, 104) ayəsində yalnız iman edən kişilərə deyil, iman edən qadınlara da müraciət edilir. Ayədə qadınlara da "bizi izlə, bizə bax" deməmək nəsihət edilir. Deməli, Quranda qadına; izlənilən, ağlı zəif olduğu üçün kişilər tərəfindən baxılan və yönləndirilməli olan varlıq kimi deyil, tam əksinə öz ayaqları üzərində duran, güclü, ağıllı, vicdanına tam güvənilən, zəkalı varlıq olaraq baxılır. Lakin qadınlara qarşı əsrlərdir ki, bu uydurma hədislərlə yetişdirilmiş və şüurlu hala gətirilmiş bəzi İslam ölkələrində bu anlayışdan məhrum olan insanları sayı çoxdur. Dolayısilə; "Qurana görə qadınlar və kişilər eyni hüquqlara malikdirlər" dediyimiz vaxt, bunu qəti surətdə rədd edən insanlar; bilərək və ya bilməyərək Allahın ayələrinə qarşı çıxırlar.
Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası Allahın qadınlara əhəmiyyət vermədiyi kimi, siz də onlara əhəmiyyət verməyin. (Taberani) Əgər birinin birinə səcdə etməsini əmr etsəydim, kişilərin qadınlar üzərində olan haqqlarından ötrü, qadınların kişilərə səcdə etmələrini əmr edərdim. (Sahih-i Buhari)
Bu hökmlər və açıqlamalardan diqqətlə qaçınılmış, qadınların Quranda təriflə bəhs edilən varlıqlar olduğu qətiyyən qeyd olunmamışdır. Dolayısilə əsrlərdir ki, müsəlmanların, guya "Peyğəmbərimiz (s.ə.v)-in sözləridir" deyilərək aldadıldıqları bu batil izahatlar, azğın bir anlayışın İslam dininə zərər verməsinə səbəb olmuşdur. Bu yolla yüz illərdir ki, İslam dininə və Peyğəmbərimiz (s.ə.v)-ə böyük böhtanlar atılmışdır. Halbuki Allahın qadınlara əhəmiyyət vermədiyi (əstağfirullah) kimi bir anlayış, Quranın tək bir ayəsində belə əks olunmur. Əksinə Allah Quranda qadın və ya kişi ayrı-seçkiliyi etmədən; "möminlər, iman edənlər, inananlar, qadınlar və kişilər..." kimi xitablarla, iman edən bütün qadın və kişiləri eyni məsuliyyəti daşımaqla məsul tutmuşdur. Məsələn, Allah Nisa surəsinin 95-ci ayəsində; Möminlərdən (üzürlülər istisna olmaqla) evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə üstün etdi. Allah onların hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir. (Nisa surəsi, 95) Göründüyü kimi ayədə müsəlmanların həyatları boyu Allah yolunda fikri mübarizə aparmaqla məsul olduqları bildirilir. Ancaq bu məsuliyyət həm qadın, həm də kişilərə bərabər şəkildə yüklənmiş bir məsuliyyətdir. Allah "möminlər" deyə xitab edərək, həm qadın, həm də kişi müsəlmanları bu ibadəti yerinə yetirməklə birinci dərəcədən məsul tutmuşdur. Əgər müsəlman bir qadın, müsəlman kişilərə görə bu məsuliyyətini tam lazım olduğu şəkildə yerinə yetirsə, həmin qadın Allah qatında digər bütün kişilərdən daha üstün mövqedə olar. Əgər bunu müsəlman bir kişi etsə, bu dəfə də o, təqvasından ötrü Allah qatında digərlərinə nisbətən daha üstün bir mövqe sahibi olar. Göründüyü kimi, burada qətiyyən cinsiyyət ayrı-seçkiliyinə əsaslanan ayrı-seçkilik və ya fərqləndirmə yoxdur. Əksinə vicdan, ağıl və səmimiyyət əsas götürülmüşdür. Dolayısilə qadınlar barəsindəki saxta hədislər də eynilə digərləri kimi, Quran hökmləriylə və Quranda qadına verilən dəyərlə tamamilə ziddiyyət təşkil edir. Əvvəla, müsəlmanlar Allahdan başqa heç nəyə səcdə etməzlər. Bir müsəlman üçün boyun əyəcəyi və əmrinə tabe olacağı yeganə güc Allah və Onun Peyğəmbəridir. Müsəlman qadın üçün həyat yoldaşı; Allah rizası üçün sevdiyi, müsəlmanlığı dərəcəsində hörmət və mərhəmət bəslədiyi aciz bir quldur. Yoldaşına olan sevgisi və hörməti də, insanın Allaha olan səmimi bağlılığı, güclü imanı, Allah yolundakı əzmi və şövqüylə düz mütənasibdir. Yoxsa mövhumatçılarin çürük zehniyyəti əsasında, yoldaşına sırf kişi olmasından ötrü kor-koranə hörmət etməsindən söhbət gedə bilməz. Çünki müsəlman bir qadın və kişi üçün evlilik, həmçinin axirət üçün də bir sözdür. Müsəlman bir qadın ancaq axirətdə Allahın özündən razı olacağını ümid etdiyi gözəl əxlaqlı bir yoldaşa qarşı sevgi, hörmət və şəfqət bəsləyə bilər. Bunun əksi olduqda isə, həmin sevgi və hörməti əsla bəsləyə bilməz. Belə bir şeyi təsəvvür etmək, bənzətmə olaraq cümlə daxilində işlətmək belə müsəlmanlar üçün əbəsdir.
Qadınların bəzənməsini qadağan edən iddialar
Parik qoyan, qoyduran, qaşlarını nazikləşdirən, nazikləşdirtdirən, tatuirovka edən və etdirən lənətlənmişdir. (Ebu Davut, Tereccul, 5) Mövhumatçı zehniyyətin müsəlman qadınları xoşagəlməz, çirkin, baxımsız və ikinci dərəcəli varlıqlarmış kimi göstərmək səyini dəstəkləyən təməl məntiqin kökü məhz bu saxta hədislərdir. Bütün dünyadakı müsəlman qadınların ümumən olduqca baxımsız, hətta insana belə bənzəməyən, gözəllikdən, təmizlikdən, gözəl danışmaqdan uzaq varlıqlarmış kimi tanınmalarına, mövhumatçılarin qadınları din adı altında saldıqları bu görünüş səbəb olmuşdur. Yuxarıdakı saxta hədislərin təsvir etdiyi müsəlman qadın görünüşü; qadının ictimai həyatda olmasını qeyri-mümkün hala gətirən bir modeldir. Çünki bu modeldə; əgər bir qadın müsəlmandırsa, o zaman onun gözəl, təmiz və baxımlı olması kimi vəziyyət əsla qəbul edilə bilməz. Bu modeli təqva əlaməti kimi göstərən mövhumatçı zehniyyət bu yolla qadını xarici görünüşündən ötrü həm cəmiyyət içinə çıxa bilməyəcək bir varlıq halına gətirmiş, həm də yenə eyni səbəbdən ötrü dini izah edə bilmə imkanını əlindən almışdır. Bir düşünün. Özünə qulluq etməkdən aciz, təmizliyinə heç əhəmiyyət verməyən, cahil, üzündəki tükləri təmizləməli olduğunu belə dərk edə bilməyən və bu halıyla insanların arasına girməkdən utanmayan birinin, guya müsəlman qadın kimi təmsil edildiyi bu modeli hansı qadın yaşamaq istəyər? Və ya kim belə birinin özünə dini izah etməsini istəyə bilər? Dinin özünə guya "gözəl, təmiz, baxımlı və cazibədar olmağı qadağan etdiyinə" inanan, bunları etdiyi təqdirdə Allahın lənətinə düçar olacağını düşünən bir qadın necə belə bir dinə yaxınlaşa bilər? Müsəlman olmasa belə, İslama və müsəlmanlara necə sevgi bəsləyə bilər?
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və sizi bəzəyəcək geyim nazil etdik... (Əraf surəsi, 26) Ey Adəm oğulları! Məscidlərə gedərkən zinətlərinizi taxın... (Əraf surəsi, 31) Həmçinin Quranda cənnət xalqının; xüsusilə də cənnət qadınlarının təmizliyi, baxımlılığı, gözəlliyi və yaraşıqlı geyimləri ayələrdə fövqəladə dərəcədə gözəl təfərrüatlarla izah edilir. Sanki onlar, qorunub saxlanılmış yumurta kimi (hamar və valehedici) dirlər. (Saffat surəsi, 49) ...Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək... (Kəhf surəsi, 31) ...Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır. (Həcc surəsi, 23) Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq... (İnsan surəsi, 21) Burada bir neçəsinə yer verdiyimiz ayələrdən çox dəqiq şəkildə aydın olduğu kimi, Allah qadın gözəlliyini, üzlərinin tükdən təmizlənmiş hamar halını; "qorunub saxlanılmış yumurta kimi (hamar və valehedici) dirlər" ifadəsiylə məqbul gözəllik ölçüsü kimi göstərmiş, cənnət qadınlarının belə olacaqlarını söyləmişdir. Deməli, Allah hamar və təmiz dərini gözəl görür. Allah; gözəlliyi, təmizliyi, yaraşıqlığı, bəzəyi, gözəl geyimi sevir və qullarını belə görmək istəyir. Allahın gözəl gördüyü şeyləri Peyğəmbərimiz (s.ə.v)-in də çox gözəl görəcəyi və müsəlman qadınları bu istiqamətdə təşviq edib, məsləhətlər verəcəyi inkaredilməzdir. Estetik görünməkdən savayı zərurət baxımından da bu cür baxım üsullarına müraciət etmək məcburiyyətində qalan qadınların ola biləcəyi də unudulmamalıdır. Məsələn, qadınlar, bəzi hallarda kemoterapiya kimi, ağır dərman müalicəsindən sonra parik qoymaq məcburiyyətində qala bilərlər. Bu olduqca normal, hətta zəruri, qeyd olunan qadınlar üçün, olduqca gözəl baxım yoludur. Lakin mövhumatçılar, bu asanlığı və gözəlliyi, bəhs olunan uydurma hədislərlə aradan qaldırmağa çalışırlar. Eynilə dəri altına müxtəlif şəkillərdə tatuirovka etdirilməsi, quruluşundan ötrü asimmetrik görünüş yaradan qaşın tatuirovka ilə düzəltdirilməsi və ya üzdəki tüklərin təmizlənməsi məsələsi barədə Quranda heç bir qadağa yoxdur. Belə bir qadağa onsuz da Quranın ruhuna ziddir. Gözəl bir gənc qızı üzündəki artıq tüklərlə çölə çıxmağa məcbur edən, onu insanların içində biabır edən, onu gözəlləşdirmək əvəzinə çirkinləşməsinə çalışan mövhumatçılar məhz bundan ötrü gözəlliyi qətiyyən təmsil edə bilməzlər. Halbuki Allah iman edənlərin baxımı, gözəlliyi, yaraşıqlığı və təmizliyinə ayələrdə xüsusilə diqqət çəkərək müsəlmanları bu istiqamətdə təşviq edir.
Mövhumatçılarə görə müsəlman qadınların ərlərinə olan münasibətləri Əri arvadını yatağa dəvət etdiyi təqdirdə, o qaçsa və əri həmin gecəni əsəbi halda keçirsə, mələklər həmin qadına səhərə qədər lənət edər. (Sahih-i Buhari, 9/36) "Bir qadın, ərinin yatağından (haqqlı bəhanəsi olmadan, küsərək) ayrılar və (başqa bir yerdə) səhərə qədər qalarsa, səhər açılana qədər mələklər ona lənət oxuyar". (Nehc-ül Fesaha, səh. 36, Hadis: 187) Ey qadınlar! Əgər ərlərinizin üzərinizdəki haqqlarını bilsəydiniz, ayaqlarının tozunu üzlərinizlə silərdiniz. (Hafız Zehebi, Büyük Günahlar səh. 187) Ərinin bədəni irinləmiş olsa və arvadı onu yalayaraq təmizləsə belə, yenə də ərinin haqqını ödəmiş olmaz. (İbni Hacer El Heytemi 2/121, Ahmed b. Hanbel, Müsned, V, 239) Ərini boşayan qadına cənnət qoxusu haram olar. (Kadınlara Dini Bilgiler, səh. 61) "Bir qadın, diliylə ərinə əziyyət versə, onu özündən razı salana qədər, Allah onun heç bir tövbəsini, kəffarətini və yaxşı əməlini qəbul etməz; hətta gündüzlərini oruc tutmaqla, gecələrini isə ibadət etməklə keçirsə belə". (Bihar-ül Envar, cild 103, səh. 244) "Bir qadın, ərinin haqqını ödəmədiyi müddətcə, Allahın da haqqını ödəmiş olmaz". (Mekarim-ül Ahlak, səh. 247) İmam Musa əl-Kazım (ə.s)-a ərini qəzəbləndirən qadın barədə sual verildikdə, belə buyurduğu nəql edilmişdir: "Əri ondan razı olana qədər, günahkar sayılır". (Kısar-ul Cümel, II cild, səh. 258) Bu hədisləri ayrı-ayrılıqda ələ almalı olsaq; Ey qadınlar! Əgər ərlərinizin üzərinizdəki haqqlarını bilsəydiniz, ayaqlarının tozunu üzlərinizlə silərdiniz. (Hafız Zehebi Büyük Günahlar səh. 187) Ərinin bədəni irinləmiş olsa və arvadı onu yalayaraq təmizləsə belə, yenə də ərinin haqqını ödəmiş olmaz. (İbni Hacer El Heytemi 2/121 Ahmed b. Hanbel, Müsned, V, 239)
Bu murdar zehniyyətdə qadınlar; özlərinə olan davranış və əxlaqlarından razı olmasalar da ərlərinə qarşı "qadınlıq vəzifəsi" deyilən cahil məntiqə tabe olmağa məcbur edilmişdirlər. Bunun əksini etdikdə alçaldılmış və pis rəftarla qarşılaşmışdırlar, əllərindəki bir ovuc haqq da məhdudlaşdırılmışdır. Beləliklə guya ikinci dərəcəli, gücsüz, tapdalanmağa məhkum varlıqlar olduqları inancı onlara zorla qəbul etdirilmiş və bu zehniyyət İslam cəmiyyətlərində kökləşmişdir. Əsrlər boyu heç kəs; "Quranda belə bir anlayış, belə bir inanc yoxdur. Qadınlar və kişilər bərabərdir. Allah qadınlara Quranda çox geniş hüquqlar və azadlıqlar verir" deyə bilməmişdir. Əksinə mövhumatçı zehniyyət əsrlərdir ki; "din belə əmr edir, bunu etməyəni Allah və mələkləri lənətləyər, günahkar olar, Allahın rizasını qazana bilməz, cənnətinə girə bilməz..." kimi Allah və din adından söylədikləri bu cür yalanlarla bəzi cahil müsəlmanları Qurandan kənar tətbiqləri icra etməyə məcbur etmişdirlər. Əksər müsəlman qadının şəxsiyyəti, mövhumatçı zehniyyətin təlimləriylə öyrədilmiş ərləri tərəfindən əzilib, yox edilmişdir. Çünki mövhumatçılarin dininə görə qadın, əri nə istəsə ona itaət etmək məcburiyyətindədir. Qadınların böyük hissəsinin oxumasına, işləməsinə, ictimai həyata daxil olmasına hətta şüşədən belə baxmasına icazə verilmir. Dolayısilə maddi və mənəvi cəhətdən ərlərindən asılı hala gətirildiklərindən, (cəmiyyətin bu təbəqəsində hakim olmuş adət və ənənələr də bu mövhumatçı zehniyyəti dəstəklədiklərindən) qadınların özlərini bu təzyiqdən xilas etmələri demək olar ki, qeyri-mümkün olur. Burada belə bir sual vermək lazımdır: Məgər mövhumatçı cəmiyyətlərdə kişilər hansı xüsusiyyətlərindən ötrü bu qədər üstündürlər ki, qadınlar qətiyyən onların haqqını ödəyə bilmirlər? Qurana əsasən üstünlük yalnız təqvaya görədir və bunun da qarşılığı Allahdan gözlənilər. Bir kişinin qadın üzərində necə bir haqqı ola bilər ki, üzərindəki murdar irini yalasa belə, qadın bu haqqı ödəyə bilməz? Onu bu qədər haqqı ödənilməz hala gətirən kimdir və nədir? Ona bu üstünlüyü təqvasından başqa hansı xüsusiyyəti verə bilər? Allah ona belə bir imtiyaz verməmişdir, dolayısilə bu imtiyaz Quranda da yoxdur. O zaman bu haqqı haradan qazanmışdır? Dindar və ya dinsiz, müşrik və ya münafiq, günahkar və ya zalım olmasından asılı olmayaraq istisnasız "hər bir ər" nəyin əsasında bu pilləyə yüksəlmişdir? Onları bu saxta pilləyə yüksəldən, mövhumatçı zehniyyətin İslama daxil etdiyi qeyd olunan saxta hədislərdir. Onlar, Quranda olmayan, Allahın lənətlədiyi bu zehniyyəti, din adından yaymış və tətbiq etdirmişdirlər. Hal-hazırda əksər İslam cəmiyyəti, hətta bu İslam cəmiyyətlərində bu təlqinlə yetişmiş qadınlar belə, yalnız bu zehniyyəti qəbul edirlər. Mövhumatçı dininin dünyaya gətirdiyi ən böyük bəlalardan biri də budur.
Quranda qadınlara verilmiş imkan və üstünlüklər mövhumatçılıq dinində yoxdur Quranda qadınlara verilmiş, geniş hüquq və səlahiyyətlər, mövhumatçılığın təsiri altında yaşayan cəmiyyətlərdə qətiyyən yoxdur. Hətta belə cəmiyyətlərdə yaşayan qadınların bu haqq və azadlıqlardan belə xəbərləri yoxdur. Həmin bu qadınlar Quran əxlaqından tamamilə uzaq yetişdirilərlər. Quran əxlaqından təcrid olunmağın yaratdığı nəticə etibarilə əksəriyyəti oxuyub-yazmağı belə bacarmaz. Dolayısilə yaşadıqlarının İslam dini deyil, mövhumatçılarin batil dini olduğunu görə bilməzlər. Təkcə bu zavallı qadınlar deyil, dünya ölkələri də əsrlərdir davam edən mövhumatçı tətbiqlərin Quranda olduğunu zənn edirlər. Quranın (əstağfirullah) qadını bu qədər dəyərsiz, cahil, aciz, şəxsiyyətsiz, bütün hüquqları əlindən alınmış, kişilərin boyunduruğu altına alan bir dindən bəhs etdiyini zənn edirlər. Halbuki bu böhtanların heç biri Quranda yoxdur. Quranda olmayan, lakin saxta hədislərlə İslam dininin tərkib hissəsi olaraq qəbul edilmiş qadına istiqamətli böhtanları cavablandırmağa davam edək:
Ərindən boşanan qadının vəziyyəti Ərini boşayan qadına cənnət qoxusu haram olar. (Kadınlara Dini Bilgiler, səh. 61)
Bu çox əhəmiyyətli xüsusdur ki, İslam dini insanın fitrətinə, ağlına, ruhuna tam xitab edən Allahın kəlamı olan ilahi hökmlərdən ibarətdir. Allahın Quranda yer alan bütün ayələri, insanlar üzərindəki çətinlikləri aradan qaldıran, təzyiqçi tətbiqlərə maneə törədən, insanın öz sərəbəst iradəsini və ağlını işlədən, fitrətinə tam uyğun hökmlər ehtiva edir. Bu hökmlər nə qadını, nə də kişini təzyiq və ya çətinlik altına salmaz. Əksinə insanlar arasındakı anlaşmazlıqları, ədalətsizlikləri və bərabərsizlikləri həll edər. Üzərlərindəki ağır yükləri qaldırar. İnsanların ruhuna rahatlıq edər. Tərəflər arasında düşmənçilik, nifrət deyil, əksinə güclü dostluq və sevgi əlaqələri qurar. Hamısından əhəmiyyətlisi də, Allaha tam təslimiyyətlə bağlı, böyük əxlaqlı, dərin imanlı, nəcib bir insan modelinin yaranmasını təmin edər. Halbuki haqqında danışılan saxta hədislərdə bəhs edilən evlilik modeli, Quran əxlaqından olduqca kənar bir anlayışı əks etdirir. Qurana görə evli cütlər arasında heç bir məcburiyyət və təzyiq ola bilməz. Əgər ixtilaf, anlaşmazlıq varsa, bu yenə Quran hökmləri əsasında aradan qaldırılar. Hər şeydən əvvəl evlilik həyatında, iki tərəfin də qadın və kişi möminlər olaraq Qurana tam uyğun əxlaqa sahib olmaları və mümkün qədər aranı düzəltməyə səy göstərmələri vacibdir. Ancaq buna baxmayaraq, yenə də anlaşmazlıq davam edərsə boşanmaq hər iki tərəfin də haqqıdır. Bir-birlərindən ayrıldıqdan sonra, Allahın hər iki tərəfi də qoruyacağı ayədə belə bildirilir: Əgər ər-arvad ayrılsalar, Allah hər birini Öz lütfündən zəngin edər (ehtiyaclardan qoruyar). Allah hər şeyi (rəhmətiylə) əhatəedəndir, hökm və hikmət sahibidir. (Nisa surəsi, 130) Göründüyü kimi Quranda qadın da, kişi də azad iradələri ilə boşanmaya qərar verə bilir, sonra da sərbəst şəkildə həyatlarına davam edirlər. Quranın tək bir ayəsində belə, qadının həyat yoldaşından boşandığı üçün cənnətə girməməsinə dair bir hökm yoxdur.
Əri ondan razı qalana qədər qadının günahkar sayılması İmam Musa əl-Kazım (ə.s)-a ərini qəzəbləndirən qadın barədə sual verildikdə, belə buyurduğu nəql edilmişdir: "Əri ondan razı olana qədər, günahkar sayılır". (Kısar-ul Cümel, II cild, səh. 258) Yenə başqa bir hədis uca Rəsulullah (s.ə.v)-in, belə buyurduğunu nəql edir: "Bir qadın, ərinin haqqını ödəməyi müddətcə, Allahın da haqqını ödəmiş olmaz". (Mekarim-ül Ahlak, səh. 247) "Bir qadın, diliylə ərinə əziyyət versə, onu özündən razı salana qədər, Allah onun heç bir tövbəsini, kəffarətini və yaxşı əməlini qəbul etməz; hətta gündüzlərini oruc tutmaqla, gecələrini isə ibadət etməklə keçirsə belə". (Bihar-ül Envar, cild 103, səh. 244) Yenə yuxarıdakı saxta hədislərdə qeyd olunan qadının "ərini razı sala bilməməsi və ya haqqını ödəyə bilməməsi" vəziyyətləri tamamilə Quran ayələrinə zidd açıqlamalardır. Müsəlman qadın həyat yoldaşına qarşı Quran əxlaqına zidd bir əxlaq sərgiləyibsə, ərinin deyil, Allahın rizasını itirər. Bir müsəlman üçün əsas məsələ Allahın rizasını qazanmaqdır. Dolayısilə əhəmiyyətli olan yoldaşının özündən razı olması deyil, Allahın özündən razı olmasıdır. Bundan ötrü də, Qurana əsasən müsəlman qadın üçün, səhvini düzəldib Allahın rizasını qazandıqdan sonra nə yoldaşının, nə də başqa insanların özündən razı olub olmaması heç bir əhəmiyyət daşımaz. Onsuz da qarşı tərəf müsəlman fitrətinə sahibdirsə Allahı razı salacağı ümid edilən bu nəticədən normal olaraq o da razı olacaq. Ancaq görüldüyü kimi, bəhs olunan hədislərdəki ümumi məntiq, Allahı və Quran hökmlərini əsas götürməyən, tamamilə şirk üzərində qurulmuş cahil insanların evlilik həyatlarını xatırladır. Halbuki daha əvvəl də ifadə etdiyimiz kimi, Qurana görə evlilikdə qadın və kişinin hər ikisi Allahdan qorxan, seçilən, nəcib və böyük əxlaqlı insanlar olmalıdırlar. Qurandakı evlilik bu təmələ əsaslanır. Evli olduqları müddətcə bir-birlərinə qarşı sevgi, hörmət, mərhəmət, sədaqət və vəfa duyğuları daha da güclənər. Allah Qurandakı evlilikdə tərəflər arasında sevgi, mərhəmət, dinclik, mülayimlik hakim olacağını belə bildirir: Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. (Rum surəsi, 21) Dolayısilə yuxarıdakı saxta hədislərdə bildirilən döyüşlərin, tez-tez yaşanan anlaşmazlıqların, alçaltmaların, alçaldıcı hərəkətlərin olduğu evlilik modeliylə Qurandakı evlilik modeli arasında çox böyük fərqlər var. Bu unudulmamalıdır ki; İslam dinində yaxşılıq, insanlardan qarşılıq görmək üçün deyil, Allah rizası üçün edilər və müsəlman da etdiyi xeyirli, gözəl işlərin qarşılığını yalnız Allahdan gözləyər. Ayədə də Allah bu əxlaqı belə bildirir: Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz. O bunu ancaq Ən Uca Rəbbinin rızasını qazanmaq istədiyindən edər. O, mütləq razı qalacaqdır! (Leyl surəsi, 19-21) Dolayısilə Qurana görə qadın, yalnız Allahı razı salmağa çalışar, Ona şükr edər və Onun rizasını qazanmaq istəyər. Onun üzərindəki yeganə haqq sahibi uca Rəbbimizdir, əri deyil. Bundan ötrü də, qadının, ərinin "haqqını ödəyə bilmədiyi" üçün müxtəlif alçaldıcı hərəkətlər etməli olduğunu söyləyən bu məntiq tamamilə Qurana ziddir.
Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meylli olduğu iddiası Yenə Rəsul-i Əkrəm (s.ə.v)-dən belə rəvayət olunmuşdur: "Qadın zərər görməyə uyğun varlıqdır; şeytan onun yanında dayanar (bunun üçün ya çölə çıxmamalı, ya da çıxdığı vaxt, çox diqqətli olmalıdır)". (Mizan-ül Hikme, II cild, səh. 259) Qadın cəmiyyətin dirəyi, gözəlliyi, bəzəyi, lətafətidir. Qadının varlığı, cəmiyyətdə söz sahibi olması, müfəttiş olması, qərar mexanizmində iştirak etməsi, fikrinə müraciət olunması cəmiyyət üçün böyük nemətdir. Dolayısilə Allah qadınları, incə xüsusları müəyyənləşdirə bilən, mürəkkəb qərarları qəbul edən, hər cür tədbiri əvvəlcədən alan, incə və iti düşüncəli, eyni zamanda da olduqca ağıllı olaraq yaratmışdır. Bundan ötrü də, İslam dinində qadına verilən dəyər çox yüksəkdir. Bu tam şəkildə aydın olduqda İslam dini dünya insanları tərəfindən layiqincə qavranılacaq. Məhz bundan ötrü də, daxili və xarici mərkəzlər əsrlərdir ki, xüsusən qadın mövzusundan istifadə edərək İslam dinində qarışıqlıq yaratmağa çalışmışdırlar. Bunun üçün də, istər uydurma hədisləri və batil tətbiqləri, istərsə də cəmiyyətin (tamamilə Qurandan kənar) adət-ənənə deyə adlandırdıqları qayda-qanunlardan qalxan kimi istifadə etmişdirlər. Öz aləmlərində İslamda qadının ikinci dərəcəli, alçaldılan, dəyər verilməyən, mənfur, günaha batıran, aldanmağa meylli təhlükəli bir varlıq kimi tanınmasına çalışmışdırlar. Məsələn, yuxarıdakı uydurma hədisdə, qadının əxlaqsızlıq etməyə meylli, özünə muğayat ola bilməyən, zəif iradəli, imanına güvənilməyən, şeytana aldana bilən bir varlıq olduğu bildirilir. Bunun üçün də qadının mümkün qədər küçəyə çıxarılmaması, himayə edilməsi, əgər çıxsa da namussuzluq, əxlaqsızlıq etmə meylinin yüksək olacağı kimi, bir təlqin verilərək hər hərəkətinə diqqət yetirilməsinin lazım olduğu bildirilir. Halbuki bu uydurma sözlərin Peyğəmbərimiz (s.ə.v) tərəfindən söylənilmədiyi çox açıqdır. Qadınlarla məsləhətləşən, döyüşlərdə təhlükəsizliyinin təmin edilməsində qadınlara vəzifə verən, qurduğu məclislərdə qadınlara geniş yer ayıran, vaxtının böyük hissəsini onlarla söhbət edərək keçirən, onlara qarşı dərin hörmət və sevgi bəsləyən Peyğəmbərimiz (s.ə.v) adından yalan bəyanlarla çıxış edən insanlar, qadınlara qarşı böyük düşmənçilik bəsləyən mövhumatçılardir. Peyğəmbərimiz (s.ə.v)-in dövründə, daha əvvəl ətraflı şəkildə bəhs etdiyimiz kimi, qadınlar, müharibələrə qoşulan, hər cür ictimai mühitdə olan, ticarətlə məşğul olan, dini təbliğ edən, öndə gedən mücahidlər arasında yerlərini almışdırlar. Quran ayələrində də, qadının evdən çölə çıxarıla bilməyəcək qədər təhlükəli və zəif ağıllı bir varlıq olduğunu ifadə edən tək bir eyham belə yoxdur. Əksinə Allah Quranda, mövhumatçı zehniyyətin qadınlara baxış prizmasındakı böyük psixopatlığı və bu zehniyyətin Peyğəmbərimiz (s.ə.v)-in dövründə də şeytani fəaliyyətlər göstərilməsinə səbəb olduğunu xəbər vermişdir: Onlardan birinə, Mərhəmətli Allaha aid etdikləri qız uşağı ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar və yaşadığı böyük kədərdən ötrü udqunduqca udqunar. (Zuxruf surəsi, 17) Diri-diri torpağa basdırılmış qızcığaza soruşulacağı zaman, hansı günaha görə öldürülmüşdür. (Təkvir surəsi, 8-9) Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır. Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir! (Nəhl surəsi, 58-59) Həmin bu ayələr, mövhumatçılarin qadına baxış prizmasındakı dəhşəti mükəmməl təsvir edir və Allahın bu zehniyyətə nə qədər böyük lənət etdiyini bizə göstərir. Qızı olacağından ötrü qəzəblənərək üzü qapqara qaralan, qadına bu qədər nifrət dolu olan, daha da irəli gedib onu diri-diri torpağa basdıraraq cinayət işləyən zehniyyət tarixdə mövcud olmuşdur və bütün bu insanlar, yuxarıda qeyd olunan Təkvir surəsinin 8-ci və 9-cu ayələrində bildirildiyinə görə, axirətdə bu etdiklərinin hesabını verəcəklər. Qadına qarşı bu düşmənçilik, Allahın qatında böyük qəzəb doğurur. Göründüyü kimi, qadın düşmənçiliyi və nifrəti ilə dolub daşan mövhumatçı zehniyyət, əsrlərdir ki, qadınlara olan şeytani yanaşma tərzini heç dəyişdirməmişdir. Quranın, onların bu qeyri-sağlam məntiqini qətiyyən dəstəkləmədiyini bildikləri üçün, bu məsələdə saxta hədislər vasitəsilə qarışıqlıq yaratmağa çalışmışdırlar. Xüsusilə qadınlara dair bu qədər ürküdücü saxta hədislər olmasının başlıca səbəbi budur. Mövhumatçılar, bu mövzu ilə əlaqədar digər bir uydurma hədisə görə də, qadınları ölməyəcəkləri dərəcədə ac saxlayaraq və onlara gözəl paltarlar geyindirməyərək tərbiyə etməyi hədəfləyirlər. Bu azğın zehniyyətə görə əgər qadınları ac saxlasalar, onlara pis və köhnə paltarlar versələr, qadınların çölə çıxma istəyi də azalar. Həmin bu saxta hədis nbu cürdür: Qadınları zərər verməyəcək dərəcədə ac, həddi aşmayacaq dərəcədə paltarsız saxlayın. Çünki qadınlar yaxşıca doysalar, gözəl-göyçək geyinsələr onlar üçün çölə çıxıb gəzməkdən daha sevimli bir şey olmaz. Lakin onlar bir qədər ac, bir qədər də çılpaq qalsalar onlar üçün evdə oturmaqdan yaxşı bir şey olmaz. (İbnül Cevzi, Mevzuat, II/282283; Suyuti, Leali, II/154 İbn Arrak, Tenzihü'ş Şeria, II/212213) Evlərinin qapısında oturmamaları üçün, qadınlarınıza yeni paltarlar hazırlatdırmayın, çünki paltarları gözəl və yeni olsa qəlblərinə çölə çıxmaq arzusu gələr. (İmamı Gazali-Kimyayı Saadet səh. 178 İbn Ebi Şeybe, Musannaf, IV/II, 420) İçinizdən biri yaşı ötmüş, ağzındakı dişləri tökülmüş, görünüş etibarilə də çox çirkin biri ola biləcəyi kimi, arvadı da əksinə gənc və gözəl ola bilər. Bu gənc və gözəl qadın, bazara çıxdıqdan və ya dəvət edildiyi toy və ziyafət məclisindən evinə qayıtdıqdan sonra çöldə gördüyü yaraşıqlı kişilərlə, yaşlı və dişləri tökülmüş ərini müqayisə edərək ərinin üzünə belə baxmaq istəməz. Bəlkə də, ərinin özünü öpməsini və cinsi əlaqədə olmasını belə istəməz. Məhz gənc qadının kişilərin çox olduğu bazar, şənlik və yığıncaq yeri kimi məkanlara getməsinin qadın üzərində yaradacağı təsir ən azından budur. (İmam Şarani, Uhudül Kübra) Yuxarıda verilən saxta hədislərdə, getdiyi mühitdə özünə hakim ola bilməyən, Allah qorxusu və imanı ilə deyil, instinktləriylə hərəkət etməyə meyilli və bundan ötrü də, müxtəlif texniki tədbirlərlə tutulmalı olan qəribə bir varlıq, sanki bir heyvan təsvir edilir. Belə bir təsvir vardır, çünki bu, bir mövhumatçının tam mənasıyla qadına olan baxış prizmasıdır. Bizi isə mövhumatçının deyil, Quranın baxış prizması maraqlandırar. Quranda təsvir edilən müsəlman qadın Allahdan qorxar. Bundan ötrü də, hansı mühitdə necə geyinməli olduğunu, iffətini və ismətini necə qorumalı olduğunu, bazar, şənlik və yığıncaq yerlərində necə davranmalı olduğunu çox yaxşı bilər. Bunu bilməsi üçün, Quran ona kifayətdir. Bunu bilməsi üçün bir kişinin ona nə edəcəyini söyləməsinə, onu geyindirməsinə, onu yedirtməsinə ehtiyacı yoxdur. Buna bir kişi deyil, Allah qərar verər. Quranın heç bir ayəsində bir kişiyə bu barədə bir hüquq və ya bir səlahiyyət verilməmişdir. Quranın heç bir ayəsində kişinin bu hüquqların özünə aid olduğunu iddia edəcəyi bir imtiyazı və xüsusiyyəti yoxdur. Allahın Quranda mömin kişilərə xitab etdiyi kimi, mömin qadınlara da xitab etdiyinə görə, qadın Quranda Rəbbimizin özünə xitab etməsini çox yaxşı görər, anlayar və bunu ən mükəmməl şəkildə tətbiq etmək üçün çalışar. Quranda bildirilən əxlaqı yaşamaq üçün bir qadının Allahdan qorxması kifayətdir. Bunun kişilər tərəfindən təhrik edilməklə təmin ediləcəyini iddia edənlər yalnız bu qorxunc saxta hədislərin əsirinə çevrilmiş mövhumatçılardir. Həmçinin Allah Quranda müsəlmanların qadın və ya kişi olmalarından asılı olmayaraq, israf etməyəcək şəkildə bütün halal nemətlərdən yeyib içmələrini, məscidlərə ən gözəl paltarlarıyla gəlmələrini, zinət əşyalarını taxmalarını, təmiz və baxımlı olmalarını bildirir. Ey Adəm oğulları! Məscidlərə gedərkən zinətlərinizi taxın. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir. (Əraf surəsi, 31) Qadınların küçəyə çıxmamalı olduğuna dair heç bir ayə olmadığı kimi, tam əksinə, Allahın mömin qadınlara yüklədiyi sosial məsuliyyətlər gərəyi qadınların aktiv sosial həyatları olduğu da ayələrdən açıq şəkildə başa düşülür. Dolayısilə bəhs olunan saxta hədislərdə qeyd olunan ifadələr də Quran ayələri ilə tamamilə ziddiyyət təşkil edir.
Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
Namazı batil edən şeylər qara it, eşşək, donuz və qadındır. (Sahih-i Müslim, Salat 265; Tirmizi Salat 253/338 Ebu Davud, Salat, 110/720) Üç şey uğursuzluq gətirir: Qadın, ev və at. (Ebu Davud, Tıb, 24/3922; Müslim, Selam, 34/115 Buhari, Nikah, 17/4805) "Nədəsə (uğursuzluq) olsaydı, bu atda, qadında, evdə olardı". (Buhârî, Cihad 47, Nikah 17, Tıb 43,54; Müslim, Selam 119, Müslim, Tıb 117-120, (2226); Muvattâ, İsti'zân 21) Həmin bu saxta hədislər də yuxarıdakı açıqlamalar əsasında qiymətləndirilməlidir. Allahın, "ən gözəl surətdə yaratdığım" dediyi qadınları; "qara it, eşşək, donuz" kimi bənzətmələrlə alçaltmaq, "uğursuz" deyə xarakterizə etmək, qətiyyən Quran əxlaqına uyğun deyil. Müsəlman qadınlar Quranda təriflənən, nümunə göstərilən, hörmət və sevgi bəslənilən, Allahın bir neməti olan olduqca mübarək insanlardır. Bununla yanaşı, it və at kimi olduqca sevimli və eyni zamanda da insanlar üçün nemət olan məzlum canlıların da, ibadəti batil edən bəla gətirən və uğursuz varlıqlarmış kimi göstərilməsi onsuz da haqqında danışılan məntiqin qorxunc təzahürüdür. Həmçinin İslam dinində uğur və uğursuzluq anlayışlarına da yer yoxdur. Bu anlayışlar şirkə işarə edən anlayışlardır. Xeyiri də, şəri də Allah göndərir. Yaradılmış heç bir şeyin insana uğur və ya uğursuzluq gətirməsinin mümkün olmadığı kimi, müstəqil gücü də yoxdur. Uğursuzluğa inanmaq müşrik xarakterinə məxsusdur və Allah əsil bu məntiqə sahib insanların uğursuz olduqlarını bildirir. "...Əslində onların özləri uğursuzdur, lakin onların çoxu bunu bilmir". (Əraf surəsi, 131) Daha əvvəlki hissələrdə ətraflı izah etdiyimiz məna itkisinə ən konkret nümunələrdən bəziləri də bu hədislərdir. Həmçinin daha əvvəl də bildirdiyimiz kimi, hədislərin əvvəlini və sonunu eşitməmək ciddi məna itkisinə səbəb olmuşdur, qadınların uğursuzluğu ilə əlaqədar hədisdə də bu problem yaşanmışdır. Qeyd olunan hədisi təkrar xatırladaq: Əbu Hureyrədən; "üç şey uğursuzluq gətirir; ev, qadın və at" deyə Peyğəmbərimiz (s.ə.v)-ə hədis istinad edildiyini eşidən hz. Aişə: "Allaha and içirəm ki, Allahın elçisi bunu əsla söyləməmişdir. O ancaq bunu söyləmişdir. “Cahillər belə deyərdilər: “Üç şey uğursuzluq gətirir; ev, qadın və at”” deyə söyləmişdir.
Qadınları heyvanlara bənzədən mövhumatçı zehniyyətdən nümunələr Qadınlar yeddi sifətlidir: 1) Geyinib-keçinmək həvəsindən ötrü meymun 2) Kasıblığa düşməyə razı olmadığından it 3) Ərinə və digər insanlara qarşı təkəbbüründən ötrü ilan 4) Gecə-gündüz dedi-qodu etdiyindən ötrü əqrəb 5) Evdəki əşyalardan satdığından ötrü siçan 6) Kişilərə hiylə qurduğundan ötrü tülkü 7) Ərinə itaət etdiyindən ötrü də qoyun. (İmamı Gazali, İhya-u Ulumuddin)
Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. (Rum surəsi, 21) Buna əsaslanaraq, mövzunu bir qədər də genişləndirək. Ümumi mənada qadına baxış prizması bu qədər ürküdücü təfərrüatlarla dolu bir insanın öz anasına, bacısına, öz qızına baxış prizması da, şübhəsiz, eyni olacaq. Onlara qarşı sağlam sevgi və hörmət anlayışı bəsləyə bilməyəcək, bu yalan sözdəki məntiqin əks olunması şəklində özünü göstərəcək və istər-istəməz baxış prizması da yalnız alçaltmaq üzərində qurulmuş olacaq. Aydındır ki, saxta hədislərdə verilən tərifdə sevgiyə deyil, nifrətə təşviq edilir. Bəhs olunan saxta hədislərdə təsvir edilən qadına, hörmət bəslənilməsi sanki qeyri-mümkündür. Onsuz da, az da olsa sevgidən bəhs olunmur. Allahın Quranda əsas şərt kimi ifadə etdiyi bu möhtəşəm duyğu, Allahın kainatı yaratma məqsədi olan sevgi sanki unudulmuşdur. Bu necə bir dindir ki, bu qədər çox düşməni var və ən başlıca düşmənləri qadınlardır? Şübhəsiz ki, belə bir din, Qurandakı haqq din deyil. Həmçinin bunu da qeyd etmək lazımdır ki, Qurana görə hüsnü-zənnlə, yəni xoş gümanla baxmaq əsasdır. Dəlillər, şahidlər olmadan zənn bəsləmək haramdır. Dolayısilə qarşı tərəf sırf qadın olduğu üçün ona; "xaindir, geyinib-keçinmək məsələsində ehtiraslıdır, oğurluğa meyllidir, fəndgirdir, hiyləgərdir, təkəbbürlüdür" kimi ön mühakimələrlə və qərəzlə yanaşmaq Qurana görə sui-zənn, yəni pis gümandır. Dolayısilə yalan və haramdır. Bir insana hiyləgər deyə bilməyimiz üçün, həqiqətən saxtakar, səmimiyyətsiz olduğuna şahid olmalıyıq. Bir insanı oğurluqda ittiham edə bilməyimiz üçün, bu insanın özünə məxsus olmayan bir malı oğurladığını sübut etməliyik. Dəlillər, şahidlər olmadan bir insana qarşı sırf qadın olduğu üçün, bu kimi ittihamlar irəli sürmək, Qurana görə böhtan atmaqdır. Böhtanı atan da zalım olar. Ancaq mövhumatçılar Quran hökmlərindən xəbərsiz, tam fərqli bir batil dini yaşadıqlarından, uydurma hədislərdəki bu azğın məntiqləri görə bilmirlər. Növbəti fəsildə qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün, öz aləmlərində Qurandan dəlillər gətirməyə çalışanların iddiaları cavablandırılacaq.
Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr Bu əhəmiyyətli xüsusü mütləq qeyd etmək lazımdır ki, Quranda Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilmiş ayələr var. Peyğəmbərimiz (s.ə.v)-in yaşadığı dövrdə, fitnənin və yarana biləcək yanlış fikirlərin qarşısının alınması üçün, Allah Peyğəmbərimiz (s.ə.v)-in xanımlarını digər qadınlardan ayrı tutmuşdur. Quranda belə bildirilir: Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Dosdoğru namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey əhli-beyt! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. (Əhzab surəsi, 32-33) Həmin bu ayələrə görə Peyğəmbərimiz (s.ə.v)-in xanımları həyat, danışıq və geyim tərzi kimi məsələlərdə fərqli öhdəliklər daşıyırlar. Quran ayələrini şərh edənlər, bəzən bu ayələri ümumiyyətlə bütün müsəlman qadınlara xitab edən ayələr kimi şərh edirlər. Halbuki həmin bu ayələr bütün müsəlman qadınlara xitab etmir, Peyğəmbərimiz (s.ə.v)-in xanımları, digər qadınlardan ayrı tutulur.
Nəticə: Qadına ən çox dəyər Quranda verilir
Lakin bəzi insanlar qadınların alçaldılmasına dair öz aləmlərində Qurandan dəlil gətirməyə çalışırlar. Məhz bu, müxtəlif Quran ayələrinin yanlış təfsir edilməsi, mötərizələr daxilində verilən fərdi əlavələrlə qeyd olunan yanlış şərhlər və əksər vaxt da, ayələrin yuxarıda açıqladığımız saxta hədislər əsasında şərh olunmasından qaynaqlanır. Halbuki yalnız Qurana baxdıqda, mövhumatçılarin öz istəklərinə görə gətirməyə çalışdıqları şərhlərin heç birini Quranda görmək mümkün deyil. Bunu daha yaxşı anlamaq üçün, illərdir ki, "qadınların ev dustağı edilməsi, döyülməsi, yarımçıq insan hesab edilməsi" kimi məsələlərdə dəlil gətirilməyə çalışılan ayələri nəzərdən keçirəcəyik. Bir mövhumatçının deyil, Qurana tabe olan dindar bir müsəlmanın nöqteyi-nəzərindən baxdıqda, ayələrin həqiqi mənaları izah olunduqda, mövhumatçılarin saxta dini araya girmədikdə, qadına yer üzündə ən çox dəyər verən sistemin əslində Qurandakı sistem olduğunu hər kəs açıq şəkildə görə biləcəkdir.
Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar Qadınlara məhdudiyyət qoyma üsulu olaraq Quran tərcümələrinə “baş örtüyü” kəlməsinin əlavə edilməsi
Bir çox alim, baş örtüyü və örtünmə məsələsiylə əlaqədar Qurandan şərh gətirdiklərini söyləyir və bəzi ayələri buna nümunə göstərirlər. Halbuki Quranda baş örtüyü sözünün keçdiyi tək bir ayə belə yoxdur. Dolayısilə əvvəlcə Quranın təfsirlərində və tərcümələrində necə şərh olunduğu və doğru şərhin necə olduğu görünməlidir.
Nur surəsinin 31-ci ayəsinin izahı, 1-ci hissə Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər (harama baxmasınlar) və namuslarını qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. (Nur surəsi, 31) Bu ayədə, demək olar ki, bütün tərcümələrdə; "baş örtüklərini yaxalarının üstünə salsınlar" kimi tərcümə olunmuş bu cümlənin orijinal ərəbcəsində əslində baş örtüyü kəliməsi keçmir. Orijinal ərəbcəsində keçən söz "örtük"dür. Ayədəki sözlərin ərəbcə mənalarını araşdırdığımızda bunu çox açıq şəkildə görə bilərik: "...baş örtüklərini yaxalarının üstünə salsınlar..." (Nur surəsi, 31) "Ve kul lil mu‘minâti yagdudne min ebsârihinne ve yahfazne furûcehunne, ve lâ yubdîne zînetehunneillâ mâ zahera minhâ, vel yadribne bi humurihinne alâ cuyûbihinne, ve lâ yubdîne zînetehunne illâ li buûletihinne ev âbâihinne ev âbâi buûletihinne ev ebnâihinne ev ebnâi buûletihinne ev ıhvânihinne ev benî ıhvânihinne ev benî ehavâtihinne ev nisâihinne ev mâ meleket eymânuhunne evit tâbiîne gayri ulîl irbeti miner ricâli evit tıflillezîne lem yazharû alâ avrâtin nisâi, ve lâ yadribne bi erculihinne li yu‘leme mâ yuhfîne min zînetihinn (zînetihinne), ve tûbû ilâllâhi cemîan eyyuhel mu‘minûne leallekum tuflihûn (tuflihûne)".
Yadribne: "Darabe" felindən törəmişdir, "vurmaq, döymək, buraxmaq, örtmək, qapamaq" mənalarını verir. Humurihinne: "Hamara" sözündən törəmişdir. "Hamrü"; "şərab, sərxoşedici" mənalarını verir. Həmin bu söz, bu ayədə "örtük" mənasına gəlir. Ümumiyyətlə "hər cür örtük, pərdə, şirma, sipər, bəhanə" kimi mənalar verir. Cuyubihinne: “Cüyub” sözünün cəm halıdır. Sinə, yaxasına, cib, qoyun (sinə nahiyəsi), sinə, bağır, oyuq, boyunbağı kimi mənalar da verir. İndi isə ayənin, “baş örtüklərinin, yaxalarının üstünə salsınlar” şəklində tərcümə olunan "vel yadribne bihumurihinne alâ cuyûbihinne" hissəsini sözbəsöz analiz edək:
“Humur” - örtmək kəlməsinin araşdırılması Baş örtüyünə dəlil kimi istifadə edilən "humur" sözü çox geniş mənalı olub, əsasən "örtük" mənasını verən "hımar" sözünün cəm formasıdır və "örtmək" mənasını verən "hamr" kökündən törəmişdir. Lüğətlərdə "hımar" sözünə ümumi məna baxımından "örtük" mənası verilir, söz "hər hansı bir şeyi örtmək" mənasını daşıyır. Dolayısilə ayədə "baş örtülərini" şəklində tərcümə olunan sözün əslində yalnız örtük olduğu və "baş" sözünün ayənin heç bir yerində keçmədiyi görülür.
“Yadribne” - vurmaq felinin araşdırılması Ayədəki bu fel, baş örtüyünü Quranın hökmü kimi göstərməyə çalışanlar tərəfindən "salsınlar" şəklində tərcümə olunur. Bunun səbəbi, əvvəla onsuz da baş örtüyünün olduğuna dair təxminlərini haqlı çıxartmaq üçün "baş örtüklərini yaxalarının açıq yerlərinə salsınlar" ifadəsini istifadə edə bilirlər. Halbuki fel belə bir məna vermir və belə istifadə olunur: "Yadribne" feli, "darabe" kökündən törəmişdir. Darabe, "vurmaq, döymək, buraxmaq, örtmək, qapamaq" mənalarını verir. Ayədə işlədilmə formasıyla, belə ki; "örtükləriylə (bihumurihinne) döşlərinə (cuyubihinne) vursunlar (liyadribne)" ifadəsiylə bir örtüklə sinə nahiyəsinin örtülməsi bildirilir. Quranda "salsınlar" mənasında istifadə olunan "felyüdnine" sözü işlədilir. Bu fel isə ayənin heç bir yerində keçmir.
“Cuyub” - (açıq yaxa) kəlməsinin araşdırılması "Cuyub" sözü, bildiyimiz cib sözünün cəm formasıdır (köynəkdə cib açmaq, cibinə qoymaq, cibindən çıxartmaq kimi mənalarda işlədilər). Həmçinin "sinə, yaxa, qoyun (sinə nahiyəsi), sinə, bağır, dəlik, oyuq, boyunbağı, pul kisəsi, açıqlıq, yarıq, boyun" kimi mənaları da verir. "Cuyub" sözü Quranda 3 dəfə keçir. "Cuyub" sözü Nur surəsinin 31-ci ayəsində işlədilir və bu sözün tək halı, yəni "ceyb" sözü isə hz. Musa (ə.s) hekayəsində bildirilən iki ayədə keçir. Bu söz qeyd olunan iki ayədə bu cür istifadə olunur: "Cuyub" sözünün tək halı, yəni "ceyb" sözü hz. Musa (ə.s) hekayəsində iki dəfə işlədilir: Əlini qoynuna (fi ceybike) sal ki, əlin oradan ağappaq çıxsın... (Nəml surəsi, 12) Əlini qoynuna (fi ceybike) sal ki, əlin oradan ağappaq çıxsın... (Qəsas surəsi, 32) Göründüyü kimi yuxarıdakı iki ayədə də cuyub sözü, hz. Musa (ə.s)-ın “sinəsi/qoynu” mənasında işlədilmişdir. Bütün bunlara nəzər yetirdiyimizdə “cuyub” sözünün, “hımar”, yəni örtmək sözü ilə birlikdə işlədilməsinin sinənin örtülməsi mənasını verdiyi aydın olur. "Başı örtmək" kimi bir məna isə, ayənin heç bir yerində yoxdur. Dolayısilə "hicablarını yaxalarının üstünə salsınlar" şəklində təfsir edilmiş hissənin əsil mənası, "örtükləriylə sinələrinin üstünü örtsünlər" şəklindədir. Ayədə bildirilən hökm başın deyil, döşlərin örtülməsidir.
Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici yanlış tərcümələr Quranda "baş örtüyü" hökmü varmış təəssüratı yarada bilmək üçün Nur surəsinin 31-ci ayəsi, bir sıra təfsirçilər tərəfindən bəzən müəyyən istiqamətləndirici şərhlərdən istifadə edilərək tərcümə edilmişdir. Buradakı məqsəd ayəni, bir qədər sonra araşdıracağımız baş örtüyünə dair saxta hədislərə uyğunlaşdırmaqdır (ayəni tənzih edirik). Edilən təməl istiqamətləndirmə isə "baş örtüklərini salsınlar" yanlış tərcüməsiylə həyata keçirilir.
Yanlış təfsir: “baş örtüklərini salsınlar”
1) "Onsuz da başda olan bir örtük" iddialarına şərh gətirə bilmək üçün bəzi təfsirçilər, Əhzab surəsinin 59-cu ayəsində işlədilən "çadra" sözünün keçdiyi ayənin, Nur surəsinin 31-ci ayəsindən əvvəl endirildiyini və bundan ötrü də müsəlman qadınların başlarında onsuz da bir örtük olduğunu iddia edirlər. Böyük məntiqsizliklərdən biri də burada ortaya çıxar. Çadra; onsuz da bir qədər sonra ətraflı şəkildə araşdıracağımız kimi, bütün bədəni başdan-ayağa örtən bir geyimdir. Geyilməsindəki əsil məqsəd isı bədəni örtməkdir. Nur surəsinin 31-ci ayəsinin qadınların sinələrini örtmələrinə dair bir hökm olduğunu xatırlasaq, çadra ilə gəzən bir qadının sinəsinin açıq olma ehtimalının olmadığını, bundan ötrü də ayənin, bütün bədənini və başını çadra ilə örtmüş qadınlara xitab etmədiyini anlayırıq. Görünür ki, həmin bu iddianı ortaya atanlar, bu mühüm və təməl xüsusu unutmuşdurlar. 2) O dövrün ərəb cəmiyyətlərində qadınlar çılpaq gəzirdilər. Ayə bunun üçün endirilmişdir. Bu ayəyə görə müsəlman qadınlar açıq sinələrini örtməyə başladılar. Ayədə keçən "cuyub" sözünün sinə mənasını verdiyini və bu ayədə qeyd olunan cümlənin əsil mənasının "örtüklərini döşlərinin üstünə örtsünlər" şəklində olduğunu təkrar xatırladaq. 3) "Başda onsuzda örtük olduğu" yanılmasını israrla müdafiə edən bəzi təfsirçilərə görə, haqqında danışılan qadınların başları, "onsuz da" baş örtüsü ilə örtülüdür, lakin bu məntiqə görə onsuz da sinələri açıq gəzirlər! Buna görə, qadınlar başlarını örtməli olduqlarını dərk etmiş, lakin sinələrini örtməli olduqlarını dərk etməmişdirlər (müsəlmanları tənzih edirik). Başlarındakı örtüyə çox diqqət yetirir, amma bədənləri çılpaq halda gəzirlər. Həmin bu təfsirçilərin; "onsuz da olan baş örtüyü" iddiası bu nəticəni ortaya çıxardır. Bu insanlar etdikləri bu şərhlə; "sinələri açıq, lakin başları örtülü" olan bu qadınlara başlarındakı örtüyü aşağıya salmaları və sinələrini də örtmələri barədə nəsihət verildiyini iddia edirlər. Bu böyük məntiqsizlik, baş örtüyü hökmünü zorla Qurana daxil etmək səyinin yaratdığı dəhşətli nəticədir. 4) Bu qəribə açıqlamaya görə; "onsuz da başda olan baş örtüsü" o qədər uzundur ki, sinəni hər iki tərəfdən tamamilə örtəcək qədər aşağı enə bilir. Dolayısilə qəbul olunan bu fikrə görə, o dövrün çılpaq gəzən qadınlarının hər birinin başında "onsuz da" bir baş örtüsü vardı ki, bu da çadra qədər uzun idi. Məhz ayənin "baş örtülərini salsınlar" şəklində yanlış təfsir edilməsi, bu təfsirin müdafiəçilərini bu cür böyük məntiq pozuqluqlarına sövq edir. Bu vəziyyət, mənası olduqca açıq olan bu ayəyə, başqa məna verməyə çalışmağın yaratdığı bir nəticədir. Ayəyə baş örtüyü açıqlamasını əlavə edə bilmək üçün, uydurulmuş saxta hədislərdə isə, olduqca böyük məntiqsizlik var. Bu məsələ sonrakı sətirlərdə izah ediləcək.
Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar Ərəbcə bir mətnin tam başa düşülməsi üçün, yəni doğru tərcümə edilməsi üçün diqqət yetirilməli bəzi xüsuslar var:
1) Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi Xanımların hansı meyarlar əsasında örtünməli olduqlarının tam müəyyənləşdirilməsi üçün, diqqət yetirilməli olan bir mövzu, örtük sözünün ərəbcədə necə istifadə olunmasıdır. Ümumiyyətlə örtük sözü ərəbcədə, örtüləcək cisimlə birlikdə vurğulanaraq işlədilər. Məsələn, örtmək sözü masa sözü işlədilsə masa örtüyünü ifadə edər, buna uyğun olaraq, "örtmək (hımar)" sözü "baş" ("re’s") sözü ilə işlədilsə "hımarü-re’s", yəni "baş örtüyü" sözü əmələ gələr. Əgər Quranda qadınların başlarının örtülməsi bildirilsəydi işlədilən ifadələrdən biri də bu, yəni "hımarü-re’s" ifadəsi olacaqdı. Lakin belə bir ifadə yoxdur. Necə ki, Quranda dəstəmaz alınmasıyla əlaqədar Maidə surəsinin 6-cı ayəsində, başın məsh edilməsi barədə "baş" sözü "res" sözü ilə ifadə olunmuşdur. Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, həm başınıza, həm də topuqlara qədər ayaqlarınıza məsh çəkin. (Maidə surəsi, 6) Ərəbcə oxunuşu: Ya eyyuha elleziyne amenuu iza kumtum ila essalati fe iğsiluu vucuhekum ve eydiyekum ila elmerafiki ve imsehuu bi ruusikum. Açıq şəkildə göründüyü kimi, əgər Allah qadınların baş örtüyündən istifadə etmələrini əmr etsəydi, bu əmr açıq və aydın şəkildə Quranda bildirilərdi. Ancaq qadınların paltarlarıyla əlaqədar ayələr araşdırıldığında başla əlaqədar belə bir ifadənin Quranda keçmədiyini görürük.
2) Qurandakı kəlmələrin digər ayələrin köməyi ilə araşdırılması Quranda hər hansı araşdırma apararkən, həm əlaqədar sözün ayədəki digər sözlərlə birlikdə, həm də onun digər ayələrdə nə mənada işlədildiyinə nəzər yetirilməlidir. Nur surəsinin 31-ci ayəsindəki "hımar (örtük)" sözünün yanında işlədilən və məsələni vurğulayan söz “cuyub”dur ki, bu söz, yuxarıda da araşdırdığımız kimi, həmin sözün işləndiyi bütün digər ayələrdə də “sinə” nahiyəsini ifadə etmək üçün işlədilir. Dolayısilə ayəyə görə örtülməli yer, baş deyil, sinə nahiyəsidir.
3) Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması Ərəb dili, digər bir çox dillə müayisədə daha çox söz ehtiyyatına sahib, məna zənginliyi baxımından çox böyük bir dildir. Çox az sözlə çox şey izah edilə bilər və bir söz çox müxtəlif şəkillərdə istifadə olunaraq fərqli mənalar verə bilər. Məhz bundan ötrü də ayədəki məna olduqca aydın olmasına baxmayaraq, bir çox təfsirdə mötərizə daxilində əlavələr verilir və tərcüməçinin fərdi şərhinə görə istiqamətləndirmə aparılır. Burada bunu xatırladaq ki, Quranı tərcümə edənlər ümumiyyətlə, hədisləri dinin təməli hesab edən ənənəvi İslam anlayışına sahib insanlardır. Həmçinin, ümumi olaraq götürdükdə də bu insanların tərcümələrinə etibar edilir və ayələrin tərcümələrinə əlavə olunan fərdi şərhlər də çox vaxt bu insanların ənənəvi qəbullarına görə və saxta hədislər əsaslanır. Mötərizələr və ya şərhlər işlədən həmin bu tərcüməçilər, (bilərək və ya bilməyərək) saxta hədislərin mənalarına uyğun şəkildə ayənin mənasını dəyişdirməyə meyl edirlər. Nur surəsinin 31-ci ayəsinin tərcümələrinə nəzər yetirərək araşdırdığımızda, ayənin heç bir yerində baş örtüyü sözünün keçməməsinə baxmayaraq, təfsirçilər tərəfindən mötərizə daxilində və ya bilavasitə mətn daxilində "baş örtüyü" sözünün işlədildiyini görərik. Ayədə baş, yəni "re’s" sözünün qətiyyən işlənməməsinə baxmayaraq, örtük sözü sinə sözü ilə birlikdə işlədilir, yəni örtülməli yerin (sinə) açıq şəkildə ifadə olunmasına baxmayaraq, "hər hansı bir örtük" mənasını verən "hımar" sözü sanki yanında baş sözü işlənirmiş kimi "baş örtüyü" olaraq tərcümə edilir. Məhz bundan ötrü də, ayədəki hökm dəyişdirilir, yeni hökm yayılaraq ənənəyə çevrilir və ortaya qadınların baş örtüyü geyinməli olduqları nəticəsi çıxarılır. Halbuki təfsirçilər tərəfindən sonradan əlavə olunan bu şərh götürüldükdə, ayənin olduqca açıq şəkildə sinə nahiyəsinin örtülməsinə işarə etdiyi aydın olur. Ayəni bilavasitə oxuyan hər kəs yalnız bu məna ilə qarşılaşar.
Nur surəsinin 31-ci ayəsinin izahı, 2-ci hissə Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər (harama baxmasınlar) və namuslarını qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. (Nur surəsi, 31)
“Qadınların zinətləri” mövzusundakı şərhlər Nur surəsinin 31-ci ayəsində Allahın diqqət çəkdiyi bir xüsus da qadınların "zinətləri"dir. Ayədə yer alan "gizlətdikləri zinətləri bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər" ifadəsi ilə də gizlədilməli hissənin, qadının başı deyil, sinəsi olduğu aydın olur. Ancaq bəzi hədislərdə və bəzi Quran təfsirlərində yenə mötərizə daxili əlavələrlə və ya sözlərdəki məna dəyişiklikləri ilə bu həqiqət çox fərqli əks etdirilir. Bunlara nəzər yetirək:
Qadınların fitnə törədilməsinə vəsilə olduqları iddiası Bu ayədə işlədilən "ziynetehunne" sözünün əsil mənası, türkcədə işlədildiyi kimi, "zinət", yəni "bəzək" deməkdir və sözün sonundakı “hunne” əvəzliyi ilə də xanımlara xitab olunduğu aydın olur. Bəzi alimlər öz qənaətlərinə görə; "qadın bədəni bəzəkli və cazibədar olduğundan ayədə bütün bədən nəzərdə tutulmuşdur" deyir və buna əsaslanaraq, qadının bütün bədəninin örtülməli olduğunu iddia edirlər. Halbuki ayədə qətiyyən belə bir izahat yoxdur. Bəziləri isə, yenə Quranın izahatından olduqca fərqli izahat verir və "zinətlər sözüylə muncuqların taxıldıqları yerlər nəzərdə tutulmuşdur, dolayısilə bu zinətlərin taxıldığı yerlərə baxmaq haramdır" deyirlər. Bəziləri daha da irəli getmiş və ''qadının kəsilmiş saçına, dırnağına baxmaq haramdır'' iddiasıyla çıxış etmişdir. Buna əsaslanaraq bəziləri; "müəyyən hissəsinə baxmaq, əksərən insanı hamısına baxmağa sövq edər" (İbn Hâcer, Zevacir) şəklində ağlasığmaz qəribə məntiqlər ortaya çıxarmışdırlar. Diqqət yetirilsə, ayənin olduqca aydın olmasına baxmayaraq, yuxarıdakı abzasda qeyd olunanlar; "gizlətdikləri zinətləri bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər" cümləsi barəsində verilən saysız, bir-birindən fərqli və qəribə şərhlərdir. Ümumiyyətlə hər insan öz zehniyyətinə görə müxtəlif şərhlər vermiş, bəzənsə bu şərhlər insanların qadınlara baxış prizmasına əsaslanmışdır. Qadını örtməyə, passivləşdirməyə, çirkinləşdirib cəmiyyətdən və insanlar arasından uzaqlaşdırmağa, eləcə də, onu ikinci dərəcəli vətəndaş kimi göstərib, (haşa) Allah üçün deyil, kişi üçün yaşamağa layiq bir varlıq halına gətirməyə çalışan zehniyyətlər, ayədəki tək bir zinət sözüylə qadını tamamilə yox etməyə meylli olmuşdurlar. Məhz Quran ayələrinin belə yanlış şərh edilməsi nəticəsində, bir çox insan Quranı tərk etmiş, Quranı anlaşılmaz kitab hesab etmiş və bu əlavələr saxta hədislərlə birlikdə şərh olunduğuna görə də, ortaya Qurandakından çox fərqli bir din izahatı çıxmışdır. Halbuki ayədə qeyd olunan "gizlənən zinətlər" ifadəsinin mənası çox aydındır və gizlənən iki nahiyəyə; cinsi orqan və döşlərə xitab edilir.
Bijuteriya və muncuqları haram etmək yanlışlığı
Bu ürküdücü məntiq, əslində mövhumatçılarin müsəlman bir kişiyə baxış prizmasını da göstərir. Halbuki müsəlman bir kişi, Allahdan qorxan bir varlıqdır. Haram hərəkətləri qadağan edildiyi üçün deyil, Allah istəmədiyi üçün etməz. Müsəlman bir kişi, açıq bir qadın və ya bir ovuc muncuq gördüyü üçün özünü itirən, özündən çıxan, heyvani instiktlərlə yaşayan bir varlıq deyil. Bunu iddia etmək, müsəlman bir kişiyə qarşı çox böyük təhqir yönəltmək olar. Edilən bu şərhlər əslində mövhumatçılarin vəhşi zehniyyətlərinin başa düşülməsi baxımından olduqca əhəmiyyətlidir. Mövhumatçılarin şərhlərini bir kənara qoyub, yalnız Qurana baxdığımızda isə, ayədə keçən zinət sözünün verdiyi mənanın çox aydın olduğunu görərik.
Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir? Mövhumatçı məntiqin zinətləri qadağan etmək; boyunbağı, sırğa kimi zinət əşyalarının taxılmasına mane olmaq məntiqinin tam əksinə, Allah Qurandakı ayələrdə bəzək və zinət əşyalarını iman edənlər üçün yaratdığını, hətta məscidlərə baxımlı və gözəl geyimlərlə gedilməli olduğunu bildirir: Ey Adəm oğulları! Məscidlərə gedərkən zinətlərinizi taxın… (Əraf surəsi, 31) Allah bir ayəsində: "De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?..."" (Əraf surəsi, 32) deyə buyuraraq, Allahın halal buyurduğu zinət əşyalarını belə haram edəcək zehniyyətin ortaya çıxacağını xəbər verir. Ayənin davamında isə; "...de: “Bunlar dünya həyatında iman edənlərə məxsusdur, Qiyamət günü isə yalnız onlarındır”. Biz dərk edən insanlar üçün ayələri belə izah edirik” (Əraf surəsi, 32) ifadəsiylə zinət, zərgərlik və bəzək əşyalarının müsəlmanlara dünyada verilmiş gözəl bir nemət olduğu vurğulanır. Həmçinin axirətdə yalnız onların olacağı bildirilərək, bu gözəl nemətlərə ən çox iman edənlərin layiq olduğu da bildirilir. Allah bu gözəl nemətləri iman sahiblərinə layiq gördüyü halda, mövhumatçılarin bunları müsəlmanlara qadağan etməyə çalışmaları, Quran zehniyyətinə nə qədər zidd davrandıqlarının digər bir dəlilidir. Zinət sözünün bəzək mənasında işləndiyi başqa bir ayə isə belədir: Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və sizi bəzəyəcək geyim nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb ibrət alasınız. (Əraf surəsi, 26)
Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri Yuxarıda zinət ifadəsinin işlədildiyi ayələrdə Allah, zinətlər, yəni zinət əşyaları ilə bəzənməyi nəzərdə tutur. Lakin ətraflı açıqlandığı kimi, Nur surəsinin 31-ci ayəsində bəhs olunan zinətlər sözünün zinət əşyaları, incilər və muncuqlarla əlaqəsi yoxdur. Burada qadınların ailə daxili həyatları nümunə verilir və qadınlara ailə daxilində necə sərbəstlik verildiyi görülür. İndi ayənin "zinətlər"lə əlaqəli hissəsini sözbəsöz analiz edərək görək: ...Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. (Nur surəsi, 31) Ayənin izahatından burada qeyd olunan zinət sözünün muncuq və ya zinət əşyası deyil, açıq şəkildə məhrəm yerlərə işarə etdiyini görmək olur. Ayədə "zinətlərin" göstərilə biləcəyi insanlar qeyd olunmuşdur. Bu insanlar arasında, ehtirasını itirən xidmətçilər və qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlar da var. Xüsusilə “qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlar” məlumatının verilmiş olması belə, özlüyündə zinət sözü ilə məhrəm yerlərin nəzərdə tutulduğu göstərir. Quranda çox nəzakətli, çox mükəmməl bir izahat var. Bundan ötrü də, sözlər çox diqqətlə seçilmişdir, ədəblidir və ətraflı araşdırıldıqda bu dərhal aydın olur. Məhrəm yerlər, Qurandakı bu möhtəşəm nəzakətə və söz sənətinə uyğun tərzdə ifadə edilmiş və zinət olaraq qeyd olunmuşdur. Bəzi təfsirçilərin, Nur surəsi 31-ci ayədən zorla başörtüyü şərhini çıxarda bilmək üçün müraciət etdikləri ən böyük qaynaq, şübhəsiz ki, bu mövzuyla əlaqədar saxta hədislərdir. Bu ayə ilə həmin bu saxta hədislər arasında o qədər böyük və kəskin ziddiyyətlər vardır ki, açıq qiymətləndirmə yolu ilə bu çox asanlıqda aydın ola bilər. İndi isə, qeyd olunan saxta hədislərin necə Quranla ziddiyyət təşkil etdiyinə, bu saxta hədislərin necə İslam ictimaiyyətini baş örtüyü mövzusunda yanlış istiqamətləndirdiyinə və onlardakı bariz məntiq pozuqluqlarına nəzər yetirək:
Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər Bütün dəlilləriylə görüldüyü kimi Quranda baş örtüyü mövzusuna dəlil göstərilməyə çalışılan Nur surəsinin 31-ci ayəsində qətiyyən baş örtüyü sözü keçmir. Lakin bu səhv, bəzi saxta hədislərin İslam ədəbiyyatına daxil edilməsiylə yayılmış və bu günə qədər gəlib çatmışdır. Mövhumatçılarin yaratdıqları saxta hədislər, fövqəladə məntiq pozuqluqları və ziddiyyətlərlə doludur. İndi bunlardan bəzi nümunələri görək: Hz. Aişə (r.ə): "Allah ilk mühacir qadınlara rəhmət eləsin, uca Allah: "Mömin qadınlar baş örtüklərini yaxalarının üstünə salsınlar" ayəsini endirdikdən sonra, onlar ətəklərindən bir parça kəsərək, bununla başlarını örtdülər" deyir. (Buhâri, Tefsir, Tefsir-u Süreti‘n-Nûr, 13 (V, 13) Ebû Dâvûd, Libâs, 33(IV, 3577; Beyhaki, VII, 88) Həzrəti Aişə anamız belə buyurdu: “İlk mühacir qadınlara Allah rəhmət eləsin! Baş örtüyü ayəsi endikdən sonra, dərhal ipək bel bağlarını yırtıb başlarına örtdülər”. [Buhari, Nesai] Səfiyyə bint Şeybə belə söyləyir: “Biz Aişə ilə bir yerdəydik. Qureyş qadınlarından və onların üstün xüsusiyyətlərindən bəhs edirdik. Hz. Aişə belə buyurdu: "Şübhəsiz ki, Qureyş qadınlarının bəzi üstün xüsusiyyətləri var. Lakin mən, Allaha and olsun ki, Allahın kitabını daha çox təsdiqləyən və bu kitaba daha güclü inanan Ənsar qadınlarından daha fəzilətlisini görmədim. Necə ki, Nur surəsindəki; “qadınlar baş örtüklərini yaxalarının üstünə salsınlar” ayəsi nazil edildikdən sonra, onların kişiləri bu ayələri oxuyaraq evə qayıtdılar. Bu kişilər! Zövcələrinə, qızlarına, bacı və qohumlarına bunları oxudular. Bu qadınlardan hər biri ətək parçalarından, Allahın kitabını təsdiqləyib, ona iman edərək baş örtüyü hazırladılar. Ertəsi günün səhər, hz. Peyğəmbərin arxasında baş örtükləriylə səhər namazını qıldılar. Sanki onların başları üstündə qarğalar vardı". (Buhari: Tefsiru Sure 24/12 - Ebu Davud : Libas 29 - Ahmed b. Hanbel : VI 188) (İbn-i Kesir, Hadislerle Kuran-ı Kerim Tefsiri, XI cild, səh. 5880) Göründüyü kimi, bütün bu hədislərdə, Nur surəsinin 31-ci ayəsi nazil edildikdən sonra müsəlman qadınların dərhal öz ətəklərindən bir parça kəsib başlarına sarıdıqları iddia edilir. Onsuz da ən böyük məntiqsizlik burada özünü göstərir. İndi, həmin bu saxta hədislərdəki məntiqsizlikləri və Quranla necə ziddiyyət təşkil etdiklərini bir-bir nəzərdən keçirək: · Ayədə; "...örtüklərini yaxalarının üstünə salsınlar..." ifadəsi ilə daha əvvəl ətraflı araşdırdığımız kimi, qadınların sinələrini örtmələri bildirilir. Lakin bu hədislərdə, bu ayənin endirilməsindən sonra müsəlman qadınların dərhal paltarlarından bir parça kəsərək sinələrini deyil, əksinə başlarını örtdükləri bildirilir. Halbuki ayədə başların örtülməsinə dair heç bir ifadə qeyd olunmur. Həmin bu hədislərin heç birində müsəlman qadınların ayənin əsil hökmünü yerinə yetirdiklərinə, yəni sinələrini örtdüklərinə dair bir şərh iştirak etmir. · Burada deyilənə görə, qadınlar öz ətəklərindən parçalar kəsmiş və bununla ayənin hökmünə tabe olaraq sinələrini örtmək əvəzinə baş örtüyü kimi başlarına örtmüşdürlər. Daha əvvəl qeyd etdiyimiz kimi, "baş örtüklərini salsınlar" şəklindəki yanlış təfsirin doğru olduğunu göstərmək üçün hədisə əlavə olunan bu tətbiqə görə ətəkdən kəsilən parça o qədər böyük olmalıdır ki, həm başı, həm də sinəni örtə biləcək qədər aşağı enə bilsin. · Burada, əlbəttə ki, ağla əvvəlcə kəsilmiş ətəyin vəziyyəti gələcəkdir. Ətəkdən başı və sinələri örtəcək qədər böyük bir parçanın kəsilmiş olması, ətəyi sanki mini ətək halına gətirəcək və dolayısilə qadının ayaqları açıq qalacaqdır. Bu deyilənə görə həmin bu qadının sinəsi və qıçları açıqdır, lakin başını örtmüşdür. Halbuki bu hissənin əvvəlindən bəri dəlilləriylə açıqladığımız kimi Nur surəsinin 31-ci ayəsi qadınların "yalnız" sinə nahiyələrini örtmələrini bildirmək üçün nazil edilmişdir. · "Baş örtüklərini salsınlar" açıqlamasının tərəfdarı olan bəzi təfsirçilərin öz iddialarını haqlı çıxartmaq üçün "onsuz da başda olan bir baş örtüyü" açıqlamasıyla çıxış etdiklərindən bəhs etmişik. Onlar, ayədə baş örtüyü ifadəsinin işləndiyini sübut edə bilmək üçün, belə bir iddia ilə ortaya çıxır və ayənin xitab etdiyi qadınlarda onsuz da baş örtüyünün olduğunu iddia edirlər. Halbuki həmin bu saxta hədislərdə, bu ayə nazil olduqda qadınların öz ətəklərini kəsərək baş örtüyü kimi işlətdikləri iddiası var. Necə olur ki, haqqında danışılan təfsirçilərin ən böyük dayaq qəbul etdikləri bu saxta hədislər onların izahlarıyla bu qədər ziddiyyət təşkil edə bilir? Ziddiyyət təşkil edə bilər, çünki İslama Qurandan kənar saxta hökmlər daxil etməyə çalışanların dinləri bu qədər böyük məntiqsizliklərlə doludur. Hər batil izahat Quranla ziddiyyət təşkil edər və onda fövqəladə məntiqsizlik olar. Nur surəsinin 31-ci ayəsinin, aydın və olduqca asan başa düşülən bir ayə olmasına baxmayaraq, bu ayədən sırf baş örtüyü sözünün çıxarda bilmək üçün edilən aldadıcı şərhlər hadisənin ciddiliyini göstərir. Bəhs olunan saxta hədislər əsasında edilən şərhlər və əldə olunan nəticələr isə dəhşət vericidir. Şafi və Hənbəli məzhəblərində, qadının istisnasız bütün bədəni daim örtülməli yerlərdir (üz və əllər də daxil olmaqla). Hənəfi və Maliki məzhəblərində əllər və üz, bu da fitnə olmayan şərtlərdə açıq qala bilər (Sabuni, Tefsirul Ayatil Ahkam 2/154,155). Əs-Suddi belə buyurmuşdur: "Qadın gözlərindən birini və üzünün açıq qalan göz tərəfindəki yeri örtər. Yalnız bir gözü açıq qalar". Əbu Həyyan belə buyurmuşdur: "Əndəlüsdə belə bir adət vardı. Qadının bir gözündən başqa heç bir yeri görünməzdi" (Ebu Hayyan, El Bahrul Muhit). Şafi imamları, qadının kəsilmiş dırnaqlarına belə baxmağı qadağan ediblər (İbni Hacer El Heytemi, İslam‘da Helal ve Haramlar 2). Geniş yayılmış açıqlamalardan birinə görə İslamın qadına fərz buyurduğu örtünmə, qadının üzünü də əhatə edir (Fıkhus Siyre). Digər bir mənbədə, qadının kişiyə necə baxmalı olduğu belə bildirilmişdir: "Qadının, yad kişinin sinəsinə, kürəyinə, qıçına şəhvətlənmə ehtimalı olmasa belə baxması caiz deyil. Üzə baxmaq isə, ayaqlara, saça və qıçlara baxmaqdan daha böyük günahdır. Bu yerlərə baxmağın haram olduğu barədə ortaq fikrə gəlindiyinə görə, əvvəla üzə baxmaq da haram olmalıdır". (Sabuni, Revai 2/156). Məhz ürküdücü səviyyəyə çatan mövhumatçı zehniyyət, ancaq qadını tamamilə örtüyü təqdirdə rahatlayır. Bəziləri üçün, bu da kifayət etmir, onlara görə hər yerini örtən qadın, özünü ev dustağı etməlidir. Quranda qadına azadlıqlar verən, qadının, kimlərin yanında rahatlıqla hərəkət edə biləcəyini, kimlərin yanında məhrəm yerlərini örtməli olduğunu bildirən olduqca aydın bir ayədən, bu mövhumatçı mahiyyətli və ürküdücü şərhlərin çıxarıla bilməsi əslində qeyri-mümkündür. Lakin nəzərdən keçirdiyimiz saxta hədislər onlara bu imkanı vermiş, onlar da, ayəyə öz şərhlərini əlavə edəcək qədər həddi aşmış və qadını "başdan-ayağa örtülü, kəsilmiş dırnaqları belə haram olan" bir xəyalətə çevirməyi bacarmışdırlar. Bu, mövhumatçı zehniyyətin hüdudlarını görə bilmək üçün, olduqca aydınlaşdırıcı bir nümunədir. Burada bunu ayrıca olaraq xatırladaq ki, hədis külliyatında Peyğəmbərimiz (s.ə.v)-in dövründə qadın və kişilərin eyni qabdan dəstəmaz aldıqları da qeyd olunur. (Baxın: Buhari, Vudu 43; Ebu Davud, Taharet 39; İbni Mace, Taharet 36; Nesai, Taharet 56) Dəstəmaz alınarkən yuyulmalı yerlərin ayaqlar, dirsəklərə qədər qollar, üz və baş olduğuna görə bu hədisdən, qadınların başları açıq halda kişilərlə yan-yana olduqları aydın olur. Lakin mövhumatçılarin xüsusiyyəti, mənfəətlərinə uyğun gəlməyən hədisləri nəzərə almamalarıdır. Quranı meyar götürdüyümüzə və Qurandakı hökmlər də olduqca aydın olduğuna görə, qadınların kişilərlə eyni mühitdə başları açıq vəziyyətdə olmaları Qurana uyğun hərəkətdir.
Quranda göstərilən haramlar anlaşılmaz deyil "Qadının kəsilmiş dırnaqları belə haramdır" hökmünü çıxardan mövhumatçı zehniyyətə nəzər yetirərkən bu əhəmiyyətli məsələ bildirilməlidir; Allah Quranda bütün halal və haramları bizə çox konkret və dəqiq açıqlamalarla bildirmişdir. Məsələn, müsəlmanlar donuz əti yeməyin haram olduğu həqiqətini; "o sizə ölünü (leşi), qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni qəti şəkildə haram etmişdir..." (Bəqərə surəsi, 173) ayəsi ilə öyrənmişdirlər. "Qəti şəkildə haram etdi" hökmündə bir müsəlmanın tərəddüd edə biləcəyi, şərhlərə və təfsirlərə görə çıxarışlar edəcəyi, iki mümkün şeydən birini seçmə məcburiyyətində qalacağı bir vəziyyət yoxdur. Digər bir nümunə isə, sələm nümunəsidir. "...Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir..." (Bəqərə surəsi, 275) ayəsi ilə sələmçilik açıq və qəti şəkildə müsəlmanlara qadağan edilmişdir. Bu ayəyə görə, heç kəs bu məsələni açıq müzakirəyə çıxara bilməz, "alış-veriş də sələmçilik kimidir!" çıxarışını edə bilməz. Dolayısilə haramları bəzi təfsirçilərin öz zənni qalibləriylə (qüvvətli, həqiqətə ən yaxın zənn) etdikləri çıxarışlardan, ayələrə əlavə etdikləri mötərizə daxili şərhlərdən və ya saxta hədislərdən deyil, birbaşa ayənin özündən öyrənirik. Nur surəsinin 31-ci ayəsində də bu mənada, yuxarıda nəzərdən keçirdiyimiz kimi çox aydın izahat var. Lakin bəzi təfsirçilərin əl atdığı, ayələr arasına mötərizə daxili şərhlər əlavə etmək xətası, xüsusilə bu ayə üzərində bir çox dəfə tətbiq edilmişdir. Məsələn, bəzi təfsirçilər özlərinə görə hökmlər qoyan məzhəb imamlarının təsiri altında qalaraq, bu ayəyə mötərizə daxilində "üz və əl kimi görünən hissələr istisna olmaqla" şəklində bir əlavə etmişdirlər. Halbuki İslama görə qadınların "əlləri və üzləri istisna olmaqla hər yerlərini örtmələri" lazım olsaydı, şübhəsiz ki, belə əhəmiyyətli bir mövzu bütün incəlikləri və bütün açıqlığı ilə Quranda qeyd olunar və uca Rəbbimiz bunun haram olduğunu olduqca konkret və açıq ifadələrlə bildirərdi. Necə ki, biz, donuz əti, sələm və ya zinanın haram olduğu mövzularında əsla tərəddüd etməyiriksə, bu mövzunu da qəti şəkildə Quranda görmüş olardıq. Ancaq Quranda belə bir geyinmə tərzi təsvir edilməmişdir. Bu yalnız bəzi təfsirçilərin şərhlərində var.
Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi Nədənsə mövhumatçılar saxta hədislərin də təsiriylə daima qadını ev dustağı etmək və ya qadının bədənini örtmək barəsində Qurana dair şərhlər vermişdirlər. İddia etdikləri ən böyük səbəb isə təhrik etmə ünsürüdür. Halbuki, qadın bədəni kişilər üçün nə qədər cəlbedici isə, kişi bədəni də bir qadın üçün eyni dərəcədə cəlbedicidir. Qurana görə bu iki cins arasında hər hansı bir fərq olmadığına görə, kişilərin təhrik olmaq qorxusu ucbatından qadınları örtməyə və ya yox etməyə çalışmaları da məntiqsiz davranışdır. Əgər problem kişilərin təhrik olmasıdırsa, bu vəziyyətdə məhz kişilərin özlərini ev dustağı etmələri və ya çölə, ətrafı görməyəcəkləri şəkildə üzlərini bir örtüklə bağlayaraq çıxmaları daha məntiqlidir. Özlərinin təhrik olma ehtimallarından ötrü, qadını örtmək əvəzinə, belə bir təhlükəni tamamilə aradan qaldırmaq yolunu seçməlidirlər. Bu üsul mövzuyla əlaqədar hər təfərrüatda tətbiq edilə bilər. Məsələn, bəziləri tərəfindən qadın səsinin təhrik etdiyi düşünülürsə və bundan ötrü də danışmasına maneə törədilirsə, o zaman bu vəziyyət kişilər üçün də hakimdir. Əgər qadının danışdıqları, söylədiyi mahnılar dinlənilməyəcəksə, eynilə qadınların da kişi səsindən təhrik ola biləcəyi nəzərə alınaraq, kişilərə də bu məhdudiyyət də gətirilməlidir. Əgər mövhumatçı məntiqin saxta qayda qanunlarını etibarlı elan etmək istəyir və bu mövzuda insanları razı salmağa çalışırlarsa, o zaman kişilər üzərində də qadınlar üzərində tətbiq etdiklərini həyata keçirməlidirlər. Lakin, əlbəttə ki, İslamda etibarlı olan Quranın məntiqidir və Quranın məntiqində belə bir məhdudiyyət yoxdur. Mövhumatçılarin gətirməyə çalışdığı bu məhdudiyyətlər, şübhəsiz ki, azadlıqları ortadan qaldırmaq məqsədiylə uydurulmuş, cəmiyyəti çıxılmaz vəziyyətə salacaq, özlərinə də içində yaşadıqları cəmiyyətlərə fəlakət gətirəcək qaydalardır. Qadın və kişi, hər mövzuda olduğu kimi, iffət mövzusunda da bərabərdir. Qadına zina etmək haram olduğu kimi, kişiyə də haramdır. Əhzab surəsinin 35-ci ayəsində; "namuslarını qoruyan kişilər və (namuslarını) qoruyan qadınlar" ifadəsiylə açıq şəkildə qeyd olunduğu edildiyi kimi, bir qadın, əxlaqlı olmaq, iffətini və ismətini qorumaq məcburiyyətində olduğu kimi, kişi də əxlaqlı olmaq, iffətini və ismətini qorumaq məcburiyyətindədir. Ancaq bunun yolu insanları örtmək, onları çölə çıxartmamaq, digər insanlarla görüşmələrinə və danışmalarına icazə verməmək deyil. Bunun yolu, Quran əxlaqını, əxlaq forması kimi mənimsəməkdir. İnsan, instinktləriylə hərəkət edən, impulsları onu haraya apararsa o yerə süründürülən vəhşi bir varlıq deyil. İnsan; ağlı, şüuru və ən əhəmiyyətlisi də Allahın öyrətdiyi əxlaqla, Allah qorxusu və sevgisi ilə doğrunu yanlışdan ayıran və insan xüsusiyyətini daşıyan bir varlıqdır. Dolayısilə bir insanın iffətli davranıb davranmayacağını təyin edən ünsür, qarşı tərəfin nə qədər açıq geyinib, saç telinin nə qədərinin göründüyü deyil; onun Allah qorxusu və əxlaqıdır. Allah bir ayədə; “…gizlində kimin Ondan qorxduğunu üzə çıxartması üçün...” (Maidə surəsi, 94) deyə buyuraraq insanları heç kimin görmədiyi mühitlərdə də sınayacağını bildirmişdir. Dolayısilə güc tətbiq edərək, ev dustağı edərək, maneə törədərək, zorakılıq işlədərək insanların dini yaşamaları və ya halal və haramlara diqqət yetirmələri təmin edilə bilməz. Gözəl əxlaqa könüllü surətdə sahib olunmalı, iman və ibadət də yalnız könüllü şəkildə edilməlidir.
Quranda baş örtüyü deyil, çadra təsvir edilir Yuxarıda verdiyimiz bütün bu açıqlamalardan aydın olduğu kimi, Nur surəsinin 31-ci ayəsi, müxtəlif təfsirçilərin zorla istəklərinə uyğun şərh etmək səyləri və bəzi saxta hədislərin də təsiriylə, demək olar ki, bir tabu halına gətirilmiş baş örtüyü mövzusu üçün sanki dəlil olaraq istifadə edilir. İçində baş örtüyü sözünün keçmədiyi, baş ilə əlaqədar heç bir məlumatın verilmədiyi, çox açıq şəkildə sinənin örtülməsini bildirən bir ayənin, necə bu qədər fərqli bir şərh üçün istifadə olunduğu heyrət vericidir. İnsanı heyrətləndirən digər bir xüsus da, Quranda olmayan baş örtüyü hökmünü sanki dinin yeganə şərti qəbul edən bir çox insanın, açıq şəkildə çadradan bəhs olunan Əhzab surəsinin 59-cu ayəsini heç dilə gətirməmələridir. Quranda olmayan baş örtüyünü hökm və tabu halına gətirmiş, lakin Quranda olan çadra hökmünü isə, tamamilə görməzlikdən gəlmişdirlər. İndi, Əhzab surəsində çadra barədə nə hökm verildiyini və niyə bu ayənin baş örtüyü müdafiəçiləri tərəfindən görməzlikdən gəlindiyi məsələsinə nəzər yetirək:
Əhzab surəsinin 59-cu ayəsinin izahı Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çadraları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir. (Əhzab surəsi, 59) Çadra sözünün mənası; "təpədən-dırnağa qədər örtən ehram paltarından, yaxud başqa hər cür örtük, paltar" deməkdir. Dolayısilə Əhzab surəsinin bu ayəsində çox açıq şəkildə çadra, yəni başı və bütün bədəni örtən çarşab təsvir edilir. Belə bir paltarın geyilməsi üçünsə, ayədə bildirilən mühüm bir şərt var: Müsəlman qadınların azad və iffətli tanınmaları. Bunun mənası budur: bəzi mühitlər qadınların rahat hərəkət etmələri və ya rahat geyinmələri üçün uyğun deyil. Cəmiyyət və ondakı insanların əxlaq anlayışı, bəzən mədəniyyət normalarından geri qalır. Bəzi cəmiyyətlər bütün açıq qadınları müəyyən baxış prizmasıyla elə bil möhürləyir və onlara sözlə və ya fiziki cəhətdən təcavüz edəcək qədər irəli gedə bilirlər. Normalda müsəlman qadınlar məcburiyyyət qarşısında qalmadıqca onsuz da belə cəmiyyətlərin içində olmazlar. Lakin müsəlman qadınlar belə cəmiyyətlərdə olduqda tədbir almalı və ətrafdakı insanlara müsəlman və iffətli qadın olduqlarını göstərərək edilməsi mümkün əziyyətlərdən qaçınmalıdırlar. Müsəlman qadınlar belə mühitlərdə geyindikləri çadra ilə buna qarşı tədbir almış olarlar. Bu, əlbəttə ki, bir qadının öz qənaətinə qalan vəziyyətdir. Ümumiyyətlə dövrümüzdəki demokratik və müasir cəmiyyətlərdə bu "etibarsız mühit" yaşanmır. Dolayısilə Qərb cəmiyyətlərində qadınlar, ətraflarındakı insanlara etibar edərək çadra geyməyə ehtiyac duymazlar. Lakin bəzi qadınlar üçün bu cəmiyyətlərdə də, təhlükə meydana gətirəcək insanlar ola bilər. Dolayısilə müsəlman bir qadın mühitdəki insanlara etibar etmirsə, Qərb cəmiyyətində belə çadra geyinə bilər, çünki ayədəki şərt, müsəlman qadının geyimindən ötrü yanlış qiymətləndirilib əziyyət görməsinə maneə törədilməsidir.
Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək Buradan baş örtüyü məsələsinə keçsək, əgər bir qadın istəyərsə; "baş örtüyü hökmü Quranda var və mən bunu Əhzab surəsinin 59-cu ayəsində görürəm" deyərək baş örtüyü geyinə bilər. Çadra əvəzinə baş örtüyünü seçmişdir və örtünməyi bu cür qavramışdır. Lakin bir insan; "Quranda baş örtüyü hökmü var və mən bunu Nur surəsinin 31-ci ayəsində görürəm" desə yalan danışmış olar. Məhz bu təhlükədir. Çünki Rəbbimiz, halalı haram sayan və ya Quran ayələrini öz istəklərinə uyğun şəkildə, yanlış şərh edənlər barədə öz hökmünü vermişdir. Quran ayəsində olmayan bir hökmün (həqiqəti bilməsinə baxmayaraq) olduğunu iddia etmək, Allah Qatında böyük günah ola bilər. Bəzi insanların hicabı sanki dinin təməl simvolu qəbul edib, buna kəskin üslubla sahib çıxaraq, Qurandakı çadra hökmündən heç bəhs etməmələri təəccüb doğurur. Həqiqətən də dindarlığı çadraya bürünmək hesab edən və Allah təqvanı üstün tutduğu halda, üstünlüyü hicab geyinməkdə görən bəzi insanlar, nədənsə Quranda əsil hökm olan çadra mövzusundan heç bəhs etməzlər. Əslində Quranda hicabla əlaqədar heç bir hökmün olmayıb, çadra ilə əlaqədar açıq hökm olmasına baxmayaraq, Quranda olmayan hökmü müdafiə etməyi seçərlər. Hicab mövzusu bu qədər gündəmə gələrkən, dünya səviyyəsində çadra mövzusundan heç bəhs edilməməsi həqiqətən də təəccüblüdür.
Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
Bir qadın hicab da geyinə bilər, çadra da geyinə bilər, başı açıq və ya dekolte geyinən biri də ola bilər. "Mən müsəlmanam" dediyi vaxt, heç bir insanın onu mühakimə etmək haqqı yoxdur. Hansının daha təqvalı olduğunu, yalnız Allah bilir. Dində meyar paltar deyil, daim səmimiyyətdir. Çadra geyinən biri, səmimiyyətsiz olub cəhənnəmə layiq ola bildiyi kimi, dekolteli bir qadın da cənnətə layiq ola bilər. Bu haqda yalnız Allah hökm verəcək. Qurandan savayı rəhbərlər tutulduqda; bir-birindən fərqli, insan fitrətinə uyğun olmayan, ona maddi və mənəvi cəhətdən sıxıntı verən problemlər yaranar. Üstəlik, bunlar yalnız fərdi problemlər olmaqla qalmaz, sosial iğtişaşlara, sıxıntılara səbəb ola bilər. Bu başlığın mövzusu olan və hicablı-hicabsız, dekolteli-çadralı kimi meyarlarla, edilən paltar ayrı-seçkiliyi də, Quranda lmayan yanlış baxış prizmasıdır və cəmiyyətdə də narahatlıqların yaranmasına gətirib çıxarar. Allah Qurana görə üstünlüyün xarici görünüş-paltarla deyil, təqva (Allah qorxusu ilə hərəkət etmə) ilə olduğunu ayəsində bildirir: Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və sizi bəzəyəcək geyim nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb ibrət alasınız. (Əraf surəsi, 26) İman qəlbdə yaşanar və tətbiq edilər. İman, bir insanın gözəl əxlaqı, mehribanlığı, şəfqəti, mərdliyi, cana yaxınlığı, bağışlayıcılığı, keyfiyyəti, mədəniyyəti, nəzakəti, incəsənət və elm anlayışı, bir sözlə hər şeyi ilə özünü göstərər. Bundan ötrü də, insanları xarici görünüşləriylə deyil, əxlaqlarıyla qiymətləndirmək əsasdır. Xarici görünüşlərinin necə olduğu heç əhəmiyyət kəsb etməz; "mən müsəlmanam" deyən insanların hamısı eyni şəkildə nur kimi, qiymətli müsəlmanlardır. Onlar arasında ayrı-seçkilik edilməsi doğru deyil. Heç kəsin ayrı-seçkilik etməyə haqqı yoxdur.
2 qadın = 1 kişi yanlışlığı Bəzi insanlar tərəfindən İslama qarşı dəlil kimi işlədilən və yanlış bilinən mövzulardan biri də, "qadının kişiyə görə yarım haqqı olduğu" iddiasıdır. İslam əleyhdarı bəzi insanlar, "bir kişinin şahidliyi və haqqı, iki qadına bərabərdir" şərhini ortaya atmışdırlar. Mövhumatçılar də bu yanlış şərhi fürsət bilərək dərhal istifadə etmiş və qadına "yarım" damğası vurmuşdurlar. Halbuki İslam əleyhdarları da, haqqında danışılan mövhumatçılar də, bir çox mövzuda olduğu kimi, bu mövzuda da xeyli yanılırlar. Allah Quranda, qadın və kişinin şahidliyi arasında fərq qoymur. Quranın heç bir ayəsində; "bir kişinin şahidliyi iki qadına bərabərdir" ifadəsi yoxdur. Məsələn, zina barədə verilən hökmün tətbiq olunması üçün 4 şahid lazımdır və Quranda bu şahidlər 4 qadın və ya 2 kişi, 4 kişi və ya 8 qadın kimi ifadələr işlədilmədən 4 şahid olaraq ifadə edilir. Yəni qadın və ya kişi olmasından asılı olmayaraq, hər hansı 4 şahidin olması kifayətdir və bu məsələdə qadın-kişi ayrı-seçkiliyi edilmir. Verilən ifadələr ziddiyyət təşkil etdikdə isə, hər mövzuda olduğu kimi, yenə Quranda qadın üstün tutulmuş və onun sözünə güvənilmişdir. Məsələn, bir qadına zina böhtanı atıldıqda, onunla ərinin verdiyi ifadələr bir-biriylə ziddiyyət təşkil edərsə, qadının şahidliyi daha üstün tutulur. Belə ki, qadın, öz şahidliyinə uyğun olaraq günahsız qəbul edilir. Mövzuyla əlaqəli ayələr belədir: Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması, beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!” deməsidir. Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər. (Nur surəsi, 6-8) Qadının Quranda şahidlik baxımından kişidən üstün tutulduğu, olduqca az insan tərəfindən bilinən, çox mühüm bir həqiqətdir. Bu Quranı və onun qadına baxış prizmasını izah edir. Lakin İslam əleyhdarları və mövhumatçılarin bildikləri bundan çox fərqlidir. Qadının şahidliyi və miras haqqı mövzusunda qadını yarım hesab edən mövhumatçılarin öz aləmlərində dəlil kimi işlətdikləri ayələri nəzərdən keçirərək bu hökmlərin həqiqi mənalarını görək:
Qadın və müddətli borclanmadakı şahidlik Qadının şahidliyi məsələsində Quranda müstəsna təşkil edən yeganə mövzu müddətli borclanmadır. Buradakı müstəsna vəziyyəti anlamaq üçün, borclanma mövzusunun açıqlandığı Bəqərə surəsinin 282-ci ayəsini nəzərdən keçirək: Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, həmin məbləği və onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun. O sizi öyrədir və O, hər şeyi bilir. (Bəqərə surəsi, 282) Borclanma hökmünün qeyd olunduğu bu ayədə, "borcun yazılmalı olduğu və katiblə şahidlərin bu vəzifədən qaçmamaları" bildirilir. Həmçinin ayənin sonunda; "katibə və şahidlərə zərər verilməməsinin lazım olduğu" qeyd olunur. Göründüyü kimi, maddi mənfəətlərdən söhbət gedən bir mövzuda şahidlik etmək; insanların qaçdığı, boyunlarına götürmək istəmədikləri bir məsuliyyətdir. Allah isə, insanların qaçdığı bu məsuliyyəti tamamilə kişilərə yükləmiş, borclanma əsnasında "iki kişinin şahid tutulmasını" istəmişdir. Diqqət yetirsək ayədə; "iki kişi və ya dörd qadın şahid tutun" ifadəsinin qeyd olunmadığını görərik. Bu ayədə bilavasitə "iki kişinin şahid tutulması" istənilir. Riskli, ağır və qaçınılan bu məsuliyyət bilavasitə kişilərə yüklənmişdir. Beləliklə də, təzyiqlərə qarşı daha həssas olan qadın, bu qaçınılan vəzifədən qorunur. Ayənin hökmünə görə, yalnız və yalnız iki kişi şahid tutula bilməz, bir kişi şahid tutularsa, o zaman "bir kişi və iki qadın olması" şərti var. Beləliklə borc kimi maddi mənfəət və hesablaşmaların gətirəcəyi riskli vəziyyət qarşısında qadın yalnız buraxılmamışdır. Hər hansı mənfi halın yaşanması ehtimalına görə, ən başdan bir kişi ilə bir qadının üz-üzə gəlməsinin qarşısı alınır və qadın qorunur. Məsələn, borcun miqdarı və ya ödəmə forması məsələsində hər hansı anlaşılmazlıq ortaya çıxdığını düşünək. İki şahid müxtəlif ifadələr verdiyi təqdirdə qadın, kişiylə üz-üzə gələcək və mütləq iki tərəfdən birinin yalançı olduğunun bəlli olduğu bu mühitdə güclü stress və təzyiq altında qalacaq. Allah, bütün xarici təzyiqlərə qarşı Quranda himayə etdiyi qadının belə bir vəziyyət yaşamasının qarşısını almışdır. Qadının yanında ona dəstək olacaq ikinci bir şahid buradakı təzyiqi aradan qaldırır. Bir kişi və iki qadın şahidlik etdiyi təqdirdə, şahidlərin sayı üçə çataraq məsuliyyət aradan qalxacağı üçün şahidlik prosesində yaşanan stress azalacaq və təzyiq göstərmək istəyən pis niyyətli insanlar bu dəfə iki nəfərdən birini deyil, üç nəfərdən ikisini aldatmalı olacaqları üçün işləri mürəkkəbləşəcək. Çox yaxşı məlumdur ki, pulla əlaqədar öhdəliklər, xüsusilə hazırkı cəmiyyətlərdə, bir insanın digərinə asanlıqla böhtan ata biləcəyi, qarşı tərəfi laqeydcəsinə günahlandıra biləcəyi və şübhə altında qoya biləcəyi, olduqca riskli mövzulardır. Dolayısilə burada qadını qorumaq üçün alınmış tədbir, bir çox baxımdan qadın üçün zəmanətdir. Bəzi insanlara görə qadınları öz aləmlərində gücsüz hesab edib onlara böhtan atmaq asandır. Pulun araya girdiyi bu cür mühitlər də, həmin bu insanların qadına cinayətdə günahlandırmaq və ona böhtan atmaq üçün istifadə edəcəyi mühitlərdən biridir. Lakin iki qadının eyni anda şahid tutulması, bu böhtan riskini aradan qaldırır. Bu eyni zamanda qadına psixoloji rahatlıq da verər. Borc şahidliyində borc məbləği, alınacaq və veriləcək şeylər kimi, təfərrüatların unudulması olduqca riskli ola bilər. Xüsusilə müsəlmanlar, ədalətli şahidlik etməklə məsul tutulduqlarından, borc haqqındakı təfərrüatların hamısını tamamilə bilmək və bunları unutmamaqla məsuldurlar. Məhz burada, qadının boynuna götürəcəyi bu məsuliyyət yarıbayarı azaldılmışdır. Qadın, yaddaşı güclü olsa və unutmamaq üçün lazımi tədbirləri almış da olsa (belə ki, bu mövzuda qadınlar kişilərdən daim daha diqqətcil və tədbirlidirlər) başqa bir şahidin olması da onu psixoloji öhdəçilikdən qurtarmış olar. Əlbəttə ki, bu psixoloji öhdəlik və unutma ehtimalı kişi üçün də məqbuldur. Lakin Quranda psixoloji və maddi mənada qorunan və diqqət göstərilən tərəf daim qadınlardır. Rəbbimiz, qadınları xüsusilə təfərrüatlara əhəmiyyət verən, kiçik öhdəlikləri belə ciddi qəbul edərək, boynuna götürən, diqqətcil və məsuliyyət sahibi varlıqlar olaraq yaratmışdır. Dolayısilə borclanma əsnasında qadının üzərində hiss etdiyi yük, yaradılışının tələbindən ötrü olduqca böyük olur. Məhz bu yükü azaltmaq, onu qorumaq və psixoloji təzyiq altına girməsinin qarşısını almaq üçün uca Allah, belə rahatlıq verici tədbir yaratmışdır. Bu yenə, Rəbbimizin qadına verdiyi böyük dəyərin təzahürüdür. Bu unudulmamalıdır ki, Quranda dövlət başçısı olaraq bir qadın (Səba məlikəsi) nümunə verilir və onun qərarlar verən güclü insan olduğu vurğulanır. Bunun mənası Qurana görə qadınların dövlət başçısı ola biləcək qədər ağıllı və güclü şəxsiyyətə sahib olduqlarıdır. Dolayısilə borclanma məsələsində qadınları açıq şəkildə qoruyan ayəni; "qadınların əskik ağıllı olduqları" şəklində şərh edən insanlar, Qurandakı hökmünü görməzlikdən gələrək, ayəni öz istədikləri kimi şərh edirlər. Bizim qəbul etdiyimiz meyarsa yalnız Qurandır.
Qadınların mirasdakı haqqı Miras məsələsində qadınlara kişilərə ayrılanın yarısı qədər pay ayrılması mövzusu da, adətən bir çox insanın səhv qiymətləndirdiyi mövzudur. Quranın ruhunu, İslamın əsas təməllərini, Rəbbimizin qadınlara olan şəfqətini və qoruyuculuğunu qavraya bilməyən bəzi insanlar, mirasın necə bölünəcəyini göstərən ayəni Quranın bütün ayələrini eyni anda deyil, ayrı-ayrılıqda qiymətləndirərək öz iddialarına dəlil gətirməyə çalışarlar. Halbuki miras haqqı, yenə Quranda qadının necə qorunduğunun digər bir göstəricisidir. Quranda qadının mirasdakı payıyla əlaqədar qeyd olunan ayələr belədir: Valideynlərin və qohumların qoyub getdikləri maldan kişilərə pay düşür; valideynlərin və qohumların qoyub getdikləri maldan qadınlara da pay düşür. Bu mal istər az olsun, istərsə də çox, onlar üçün müəyyən edilmiş, verilməsi fərz bir paydır. (Nisa surəsi, 7) Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; kişiyə, iki qadının payı qədər pay düşür. Əgər onlar ikidən artıq sayda qadındırlarsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Əgər ölənin övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi malının altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına mirasının üçdə bir hissəsi düşür. Əgər ölənin qardaşları (və ya bacıları) varsa, onun anasına mirasının altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. Bunlar Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah biləndir, hökm və hikmət sahibidir. (Nisa surəsi, 11) İslamda miras, ilk ayədə gördüyümüz kimi, həm qadının, həm də kişinin haqqıdır. İkinci ayədə isə, mirasın nəyə əsasən bölünəcəyi göstərilir və buna əsasən miras, insanların ehtiyac və vəzifələrinə görə bölünür. Qurana bütöv şəkildə baxdıqda, ana, arvad, qız uşaq və ya bacının öz-özlərini dolandırmaları deyil; onların dolanışığını təmin etməyin oğul, ər, ata və ya qardaş üzərinə düşən məsuliyyət olduğunu görürük. Bu qadının bütün həyatı boyu qüvvədə olan bir hökmdür. Yəni oğul, ər, ata və ya qardaş, qoruduğu qadına həyatının sonuna qədər baxmaqla məsuldur. Məsələn, evlənərkən kişi qadına mehr verir. Mehir; Qurana görə qadının ailəsinə deyil, bilavasitə qadına verilir. Evləndikdən sonra isə, qadının və uşaqların bütün maddi ehtiyaclarını təmin etmək kişinin boynuna düşür. Sonrakı səhifələrdə geniş şəkildə görəcəyimiz kimi, boşandıqdan sonra da bu qayğı və maddi dəstək davam edir. Dolayısilə qadına yüklənməyən bütün xərcləmələr daim kişinin boynundadır. Qadının maddi ehtiyaclarının ödənilməsinin kişiyə yüklənmiş olması, qadını məhdudlaşdırmaq demək deyil. Bu, qadının möhtac varlıq olduğunu da göstərməz. Burada alınan tədbir, qadına verilən dəyəri göstərir və qadının həyatı boyu hər hansı zərər çəkməsinə mane olmaq üçündür. Qadın istədiyi kimi yaşamaq, işləmək və ya işləməmək, pul qazanmaq və ya qazanmamaq, iş qurmaq, şirkət, hətta dövlət idarə etmək məsələsində azaddır. Maddi ehtiyaclarının daim bir kişi tərəfindən ödənilməsi həmin qadının sosial həyatını məhdudlaşdırmaq, sərbəst yaşamasının qarşısını almaq və ya onu ev dustağı etmək demək deyil. Bu, həmin bu kişinin qadın üzərində söz sahibi olduğunun göstəricisi də deyil. Quranın heç bir ayəsində kişinin qadına hökm edə biləcəyinə dair hər hansı məlumat qeyd olunmur. Kişiyə maddi məsuliyyət yüklənməsi, Quranda diqqətlə qorunan qadının həyatı boyu zərər çəkməməsi üçündür. Lakin Qurana görə qadın, heç kəsə qarşı belə bir məsuliyyət daşımır. Başqalarının dolanışığını təmin etməklə məsul olmadığı kimi, özünü belə dolandırmaq məcburiyyəti yoxdur. İstəməsə işləməz, bu qadının üzərinə bir öhdəlik deyil. Həmçinin qadın, öz malından arzu etdiyi kimi, qənaətlə istifadə etmək hüququna da malikdir. Qadın zəngin də olsa, ailə xərclərini ödəmək məcburiyyəti yoxdur. Uşaqların maddi xərclərini öz üzərinə götürmək məcburiyyəti də yoxdur. Qadın kişidən daha zəngin olsa da, kişinin maddi məsuliyyəti davam edər. Qadın mirasdan aldığı payı istəsə qazanc götürəcəyi işlərə yatıra bilər, istər özü üçün istifadə edə, istərsə də saxlaya bilər. Lakin kişi mirasdan aldığı payı qadının dolanışığı və baxımı üçün xərcləmək məcburiyyətindədir. Həyat yoldaşını, uşaqlarını, varsa da bacısını dolandırmaq, onları yaxşı və rahat yaşatmaq onun məsuliyyətidir. Təkrar xatırladaq ki, bu, qadının buna ehtiyac duyduğundan deyil, həyatı boyu uğraya biləcəyi ziyanın qarşısının almaq üçündür. Quranda açıq şəkildə bildirilən həqiqətlər əsasında qiymətləndirdiyimizdə çox aydın bir həqiqətlə qarşılaşırıq: “Əgər miras bölgüsündə qadınla kişiyə bərabər pay verilsəydi, payları eyni olduğu halda, kişi ailənin dolanışığını təmin etdiyi, qadının isə belə bir məsuliyyət daşımadığı üçün, tarazlıq kişinin əleyhində pozulacaqdı”. Ayədə bildirilən əhəmiyyətli bir xüsus; “bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır” şəklində ifadə edildiyi kimi miras bölgüsünün ardıcıllığıdır. Əgər ölən insan miras qoymuşdursa, əvvəlcə mirasa görə hərəkət etmək lazımdır. Bu insan bütün mal-dövlətini qadına qoyub getmiş, ailədəki kişilərə heç pay ayırmamış ola bilər. Bu təqdirdə ayənin hökmünə görə vəsiyyət məqbul hesab ediləcək və bütün miras qadına qalacaq. Allahın kişini, qadının maddi ehtiyaclarını ödəməklə məsul tutmasının xüsusi hikmətləri var. Əgər Allah istəsəydi, kişiyə belə məsuliyyət yüklənilməz və qadın qətiyyən maddi zəmanəti olmadan, özünün, hətta uşaqlarının dolanışığını təmin etmək məsuliyyətini daşıya bilərdi. Lakin bu, qadın üçün böyük yük, psixoloji təzyiq və ağır məsuliyyətdir. Maddi cəhətdən belə ağır yük Quranda qətiyyən qadınların üzərinə yüklənməmişdir.
Qadının boşanma haqqı Boşanma mövzusuyla əlaqədar burada bildirilməli ilk təməl xüsus, qadına boşanma haqqı verməyən bəzi mövhumatçılarin tətbiqlərinin yanlışlığıdır. Bu zehniyyətə görə, qadın nə qədər bədbəxt olsa, əziyyət görsə də, bir kişidən boşanması qeyri-mümkündür. Qadınları alçaltmağa, kişiləri isə üstün göstərməyə çalışan mövhumatçı zehniyyətin bu ürküdücü tətbiqi hal-hazırda İran və Səudiyyə Ərəbistanı kimi ölkələrdə faktiki olaraq həyata keçirilir. Halbuki Quranda qətiyyən belə zehniyyət olmadığı kimi, bu Quranın ruhuna da ziddir. Quranın heç bir ayəsində "yalnız kişi qadını boşaya bilər" kimi bir hökm qeyd olunmadığı kimi, Bəqərə surəsinin 228-ci və 241-ci ayələrində "boşanmış qadınlar"dan bəhs edilir. Boşanmaq, kişiyə olduğu kimi qadına da verilmiş bir haqqdır. Diqqətçəkən məqam budur ki, Quranın bəzi təfsir və ya tərcümələrini baxdığımızda "boşanan qadınlar" ifadələrinin əvvəlinə mötərizə daxilində "əri tərəfindən" yazılan əlavələr görürük. Məhz bu xəta, bəzi təfsirçilərin mövhumatçı İslam anlayışından qurtula bilməmələri nəticəsində Quranın açıqlamasını öz aləmlərində kafi görməyib, ayələri bu mövhumatçı zehniyyətə uyğunlaşdırmaq səyindən qaynaqlanır. Daha əvvəlki başlıqlar altında ayələrə əlavə olunan mötərizə daxili əlavələrin böyük ölçüdə Quranı mövhumatçı zehniyyətə uyğunlaşdırmaq səyinin bir hissəsi olduğundan bəhs etmişdik. Məhz belə olduqda da, ayəni öz istəklərinə görə dəyişdirə bilməyəcəklərini bilən bəzi insanlar, mötərizə daxili əlavələrlə bunu etməyə çalışırlar. Halbuki bu mötərizə daxili şərhlərə fikir vermədən baxıldığı təqdirdə, Quran ayələrinin olduqca aydın bir mesaj verdiyini görmək olur.
Boşanma və boşanmadan sonra qadının qorunması Quranda qadına üstünlük verildiyinin görülməsində, qadının boşanmadan sonrakı baxımı və himayəsi olduqca əhəmiyyətli bir dəlildir. Uca Rəbbimiz qadının, boşanma kimi zərər çəkə biləcəyi vəziyyətdə belə, haqqlarını qorumuş və onu həyatı boyu zəmanət altına almışdır. Bir kişi, boşanmış olsa belə, qadını ömrünün sonuna qədər qorumaq və ona baxmaqla məsuldur, qadının buna ehtiyacı olmasa da.
Boşanarkən qadının könlünün alınması və razı salınması Boşanma, nəfslərinin istəyinə uyğun yaşayan bəzi insanlar üçün, qarşı tərəflə olan bütün mənfəət əlaqələrini kəsmək deməkdir. Belə insanlar mənfəət əlaqəsi kəsildikdən sonra, artıq qarşı tərəfə qayğı və diqqət göstərmələri üçün hər hansı səbəb qalmadığına inanırlar. Çox vaxt, ayrıldıqları insanlara olan bütün sevgi və hörmət hisslərini də itirdikləri üçün, yalnız öz mənfəətlərini qoruyacaq şəkildə hərəkət edər, qarşı tərəfin yaşadığı sıxıntı və çətinlikləri görməzlikdən gələ bilərlər. Əlbəttə ki, bu Quran əxlaqını yaşamayan insanlarda görülən pis əxlaq xüsusiyyətidir. Uca Rəbbimiz Quranda, boşanmadan sonra qadınlara şəfqət və mərhəmətlə, gözəl əxlaqla davranılmalı olduğunu belə bildirmişdir: Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya gözəl şəkildə saxlayın, ya da gözəl şəkildə buraxın..." (Bəqərə surəsi, 231) Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa (yanınızda saxlamağa) haqqınız yoxdur. Belə olduğu təqdirdə onlara talaq haqlarını verin və gözəl tərzdə sərbəst buraxın. (Əhzab surəsi, 49) Diqqət yetirilsə hər iki ayədə də "gözəl" tərzdə yanaşmadan bəhs edilir. Bundan əlavə, boşandıqdan sonra da, əgər lazımdırsa kişi qadını "gözəl şəkildə saxlamaq"la məsuldur. Qadın işləməyə bilər, maddi zəmanəti, qalacaq yeri olmaya bilər. Məhz ayə belə bir vəziyyət qarşısında boşanan qadını zəmanət altına alaraq kişiyə, ya onu gözəl şəkildə saxlamaq ya da getmək istəyirsə gözəl rəftar göstərərək onlardan ayrılmaq variantlarını təqdim etmişdir. Hər iki vəziyyətdə də kişinin vəzifəsi qadına gözəl davranmaqdır.
Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi Boşanan qadının öz başına, müdafiəsiz buraxılması və ona maddi yardım göstərilməməsi Quranda qadağan edilir. Qadın, boşanmadan sonra varlı olub-olmamasından asılı olmayaraq, İslama görə mütləq maddi zəmanət altına alınmalıdır. Bundan boşandığı həyat yoldaşı məsuldur. Quranda boşanmış qadının maddi zəmanət altına alınmasını şərt gətirən ayələr belədir: Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə yararlanma (və dolanışıq payı) verilməlidir. Bu, qorxub çəkinənlər üçün bir borcdur. (Bəqərə surəsi, 241) Onlara şəriətə müvafiq qayda üzrə pay verin. Varlı öz imkanına görə, kasıb da öz imkanına görə versin. Bu isə yaxşılıq edənlər üçün bir borcdur. (Bəqərə surəsi, 236) Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir. (Talaq surəsi, 7) Ayələrdən göründüyü kimi, həm çox imkanlı, həm də az imkanlı kişilər boşandığı qadını qorumaqla məsul tutulmuşdur. Həyatı boyu bir daha heç görməyəcək, heç bir maddi-mənəvi mənfəət təmin etməyəcək də olsa, boşandığı həyat yoldaşının maddi ehtiyaclarını təmin etmək və ona nəzakətlə davranmaqla borcludur. Uca Allah qadınlara mütləq könüllü surətdə, sevərək və istəyərək maddi zəmanət verilməli olduğunu da ayələrində belə bildirmişdir: Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin! (Nisa surəsi, 4)
Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması Uca Rəbbimiz ayələrində, boşadıqdan sonra kişinin evli olduğu müddətdə yoldaşına verdiyi heç nəyi geri almamalı olduğunu belə bildirmişdir: Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, heç bir şey geri almayın! Məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız? Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar da sizdən möhkəm əhd-peyman almışdılar? (Nisa surəsi, 20-21) ...Onlara verdiklərinizdən bir şeyi geri götürmək sizə halal olmaz... (Bəqərə surəsi, 229) Allah ayələrdə kişiyə, evlilik bağı ilə qadına söz və zəmanət verildiyini xatırladır. Bu sözdən ötrü də, qadına “yığın-yığın mal-dövlət və pul” verilmiş də olsa, yenə də bunları geri tələb etməmələrini bildirmişdir. Qurana tabe olan müsəlman, bu sözün Allaha verildiyini bilər. Bundan ötrü də, bu məsuliyyətini ən gözəl şəkildə yerinə yetirər. "Onlara verdiklərinizdən bir şeyi geri götürmək sizə halal olmaz" ayəsi ilə də, bundan savayı bir rəftarın Allah tərəfindən haram buyurulduğu aydındır.
Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi Uca Allah, boşanmadan sonra qadının çətin vəziyyətdə qalmaması və kifayət dərəcədə qorunması üçün kişiyə, onu yaxınlığında saxlamasını nəsihət edir. Hətta ayədə bunu elə etməli olduğu bildirilir ki, təhlükə anında qadını qoruya bilsin. Boşanmadan sonra özünə qala biləcəyi əlverişli yer tapana qədər bu məsələdə qadına imkan tanınması, ona hər hansı zərər gəlməsinə icazə verilməməsi, mömin üçün, vicdani baxımdan mühüm məsuliyyətdir: Onlara imkanınız daxilində öz yaşadığınız yerin yaxınlığında qalmağa yer verin. Darlığa və sıxıntıya salmaq məqsədilə onlara zərər yetirməyin. Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara malınızdan xərcləyin. Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin. (Vəziyyətinizi və əlaqələrinizi) öz aranızda qanuni (xoşluqla və İslama uyğun) şəkildə müzakirə edin. Əgər çətinliyə düşsəniz, o zaman uşağı başqa bir qadın əmizdirə bilər. (Talaq surəsi, 6) Burada mövzunun əhəmiyyəti baxımından bunu təkrar ifadə etmək lazımdır: Ayələrdə bildirilən bu qoruma tədbirləri, əlbəttə ki, qadının özünə baxmaqdan aciz olduğunu göstərmir. Bu, ön mühakiməyə sahib bəzi insanların İslam dininə hücum etmək məqsədiylə ortaya atdıqları cəfəngiyatlardır. Ayələrdə üstün əxlaqdan bəhs edilir. Burada, bildirilən nəzakətli əxlaq, üstün tutmaq və dəyər verməkdir. Qadına sahib çıxmaq, çox hörmətli və dəyərli varlıq olduğunu ona hiss etdirməkdir. Allahın qadına verdiyi əhəmiyyəti və onları qoruduğunu əyani cəhətdən göstərməkdir. Ayədə ifadə edildiyi kimi, qadınlara “darlığa və sıxıntıya salmaq məqsədiylə” zərər yetirmək qəti şəkildə qadağan edilir. “(Vəziyyətinizi və əlaqələrinizi) öz aranızda qanuni (xoşluqla və İslama uyğun) şəkildə müzakirə edin” şəklində bildirildiyi kimi, Allah boşanan ər-arvad arasında gözəl əlaqə olmasını əsas götürmüşdür. Hazırda ümumən bütün cəmiyyətlərdə qadının sosial həyatda və ya sonradan düşdüyü çətin vəziyyətləri nəzərə alaraq, Quranda nəsihət edilən bu tədbirlərin nə qədər zəruri və əhəmiyyətli olduğu da, daha yaxşı başa düşülür.
Qadınlara zorla varis olmamaq Quranda qadının qorunması ilə əlaqədar öhdəliklərdən biri, qadınlara zorla varis olmamaqdır. Allah ayəsində belə buyurur: "Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin..." (Nisa surəsi, 19) Allah bu ayə ilə də, qadına təzyiq göstərilməsini və onu maddi sıxıntıya salacaq bir davranışı qadağan etmişdir.
Anaya verilən dəyər Analıq statusu Quranda təriflənmişdir. Ata-anaya hörmət etmək, onlara yaxşı şəkildə davranmaq, onları həmişə olduğu kimi, yaşlandıqlarında da qoruyub himayə etmək, Quranda xüsusilə saleh möminlərin üzərinə yüklənilmiş məsuliyyətlərdir və bu mövzuyla əlaqədar bir çox ayə var. Bu ayələrdən bəziləri belədir: Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq... (Ənkəbut surəsi, 8) Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! (İsra surəsi, 23) Quranda müsəlmanlara ata-anaya hörmət və yaxşılıq etmək tövsiyə edilmişdir. Lakin anaya xüsusi dəyər verilmişdir. Allah ayələrində belə bildirmişdir: Biz insana ata-anasına yaxşı davranmağı tövsiyə etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. (Loğman surəsi, 14) Həqiqətən də hər ana, uşağını dünyaya gətirmək üçün aylarla böyük fədakarlıqlar edir. Allahın ayədə bildirdiyi kimi, ard-arda çətinliklər yaşayaraq körpəsini bətnində daşıyır və sonra da onu çətinliklə dünyaya gətirir. Bundan sonra isə, yenə böyük fədakarlıq edərək uşağının hər cəhətdən rahatlığını və himayəsini də boynuna götürür. Üstəlik bunları edərkən heç bir qarşılıq gözləmir, hətta öz ehtiyaclarını belə ikinci plana atır. Allah bizə bu həqiqətləri xatırladır və analarımızın çox qiymətli varlıqlar olduğuna diqqət çəkir.
Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı Bəzi insanlar, öz aləmlərində kişinin qadın üzərindəki üstünlüyü və qadının döyülməsi mövzularına Qurandan dəlil gətirməyə çalışır və bu ayələri nümunə verirlər: Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınları himayə etməklə məsuldurlar. Əməlisaleh qadınlar könüllü surətdə (Allaha) itaət edər və Allah necə qorudusa görünməyən şeyləri qoruyanlardır. Nüşuzundan (özbaşınalıq etmələrindən) qorxduğunuz qadınlara əvvəlcə nəsihət verin, sonra yataqda onları tərk edin, bu da fayda verməsə yavaşca döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür. Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da müvəffəqiyyət verər. Həqiqətən, Allah Biləndir, hər şeydən Xəbərdardır. (Nisa surəsi, 34-35)
Kişilərin üstünlüyü iddiası Nisa surəsinin 34-ci ayəsində; "Allahın onlardan birini digərindən üstün etdiyinə" ifadəsində keçən "beedhum" sözü araşdırıldığında, burada kişilər və qadınlardan ibarət bir cəmiyyətə xitab edildiyi görülür. Dolayısilə buradakı əsil məna; "Allah, kişilərin və qadınların bəzilərini bəzilərinə üstün etmişdir" şəklindədir. Buradan çıxan məna, Allahın hər birinə fərqli qabiliyyətlər və xüsusiyyətlər vermiş olmasıdır. "Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınları himayə etməklə məsuldurlar" şəklində tərcümə olunmuş hissədə isə, kişilərin qadınlardan üstün olduqları deyil, yalnız "fiziki fərqləri" vurğulanır və "öz mallarından xərclədiklərinə görə" ifadəsiylə də, daha əvvəl ətraflı izah etdiyimiz kimi, maddi ehtiyaclarını təmin etmək üçün, qadına baxma öhdəlikləri nəzərə çatdırılır. "Kişilər qadınları himayə etməklə məsuldurlar" (və ya bəzi tərcümələrdə keçdiyi kimi, “himayəçidirlər”) kimi, çevrilən hissənin ərəbcəsi isə "erricalü kavvamune alennisai"dir. Bu ərəbcə ifadənin əsil tərcüməsi isə belədir: "Kişilər qadınları himayə edər" və ya "kişilər qadınların dolanışığını təmin etməklə məsuldur". Ayədə işlənən "kavvam" sözü, bir çox tərcüməçi tərəfindən idarəçi-hakim kimi tərcümə olunur. Halbuki bu sözün işləndiyi digər bütün ayələrdə kavvam sözü tək məna verir, bu da himayə etmək və qorumaqdır. Xatırlanacağı kimi, daha əvvəlki hissələrdə olduqca zəngin bir dil olan ərəbcənin ayələrdə istifadə formasını və mənalarını anlamaq üçün ümumən sözün digər ayələrdəki istifadə formasına baxmağın vacib olduğunu qeyd etmişdik. Bu kavvam sözü üçün də etibarlıdır. Kavvam sözü kvm kökündən gəlir. Bu kökdən gələn sözlərin işləndiyi bütün ayələri araşdırdığınız təqdirdə, heç bir ayədə idarəçi-hakim mənalarını tapa bilməzsiniz. Necə ki, Quranda idarəçi və hakimləri bildirmək üçün "hukkam" sözü işlədilir. Buna əsaslanaraq, qeyd olunan ayədəki işlədilmə forması əsasında sözün mənasının "himayə etmək-qorumaq" olduğu asanlıqla başa düşülür. Qurana bütövlükdə baxdığımızda bunu daha yaxşı anlaya bilərik. Daha əvvəl ifadə etdiyimiz kimi, Quranda qadınların üstün tutulduğu, azad olduqları, amma eyni zamanda hər hansı çətinliklə üzləşmə ehtimalına qarşı qorunduğu görülür. Qadınların qorumaq, maddi ehtiyaclarının ödəmək, çətinliklərlə üzləşmələrinin qarşısını almaq məsuliyyətləri isə, kişilərə həvalə edilmişdir (bu mövzu əvvəlki başlıqlar altında ətraflı izah edilmişdir). Dolayısilə bəhs olunan ayədə kavvam sözüylə, açıq şəkildə bildirildiyi kimi, kişilərə qadınları daim və hər cür şəraitdə qorumaq vəzifəsi verilmişdir. Bəzi mövhumatçılar tərəfindən kişilərin üstünlüyünə dəlil olaraq gətirilməyə çalışılan bu ayə, əslində qadınların üstünlüklərini açıqlayan əhəmiyyətli bir dəlildir.
“Qadınları döyün” iddiası Nisa surəsinin 34-cü ayəsində qeyd olunan; "nüşuzundan (özbaşınalıq etmələrindən) qorxduğunuz qadınlara əvvəlcə nəsihət verin, sonra yataqda onları tərk edin, bu da fayda verməsə yavaşca döyün!" ifadədə, bir çox tərcümədə; "qadınları döyün" kimi tərcümə olunmuş sözün ərəbcəsi "idribuhunne" sözüdür. Kökü isə "darabe" felidir. Darabe sözü ərəbcədə bəlkə də ən zəngin məna çalarına sahib sözdür. Darabe, "döymək" mənasını verdiyi kimi, "pul zərb etmək, pul kəsmək" mənalarını da verir. "Tətil elan etmək" yenə darb sözünün başqa bir mənasıdır. Məsələn, bunu türkcədə "çalınır (oğurlamaq)" sözü ilə müqayisə edə bilərik. Biri bizə "qapı çalınır (oğurlamaq)" dediyi vaxt, ümumiyyətlə bir oğrunun qapını söküb apardığını başa düşmərik. Bu, gələn qonağımızın qapını açmağımızı gözlədiyi deməkdir. Dolayısilə çox mənalı sözlərdən istifadə olunduqda, istifadə forması, cümlənin mənası, ağıl və sağlam düşüncə ilə sözün ifadə etdiyi həqiqi məna qiymətləndirilməlidir. Darabe sözünün ən geniş şəkildə işlədilən mənalarından biri isə, səyahət etmək və çölə çıxmaqdır. Necə ki, Quranda səyahət etmək, səfərə çıxmaq, müvəqqəti olaraq bir yerdən ayrılmaq mənasını verən ayələrdə "darabe" feli işlədilmişdir. Məsələn; Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz..." (Nisa surəsi, 101) Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, əsanı suya vurmaqla onlar üçün dənizdə quru yol aç. Düşmənin sizə çatmasından qorxma, çəkinmə!” deyə vəhy etdik (Taha surəsi, 77) Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür... (Bəqərə surəsi, 273) Ey iman gətirənlər! İnkarçılarla yer üzündə səfərə çıxmış... (Ali İmran Suresi, 156) Şübhəsiz ki, darabe sözü yuxarıdakı ayələrdə, qətiyyən döymək mənasında işlədilə bilməz. Bu mövzumuz olan Nisa surəsinin 34-cü ayəsi üçün də etibarlıdır. Darabe sözünü bu ayəyə əsasən qiymətləndirdiyimiz vaxt, sözün üç fərqli mənası üzərində dayanmalıyıq: 1) Onları evdən çıxarın, 2) Onları olduqları yeri tərk etmək məcburiyyətində qoyun, 3) Onları döyün. Darabe sözünün Nisa surəsinin 34-cü ayəsində hansı mənada istifadə olunduğunu anlamaq üçün, ayənin əvvəlindəki ifadəyə, yəni; "nüşuzundan (özbaşınalıq etməyindən) qorxduğunuz qadınlara" qayıtmalıyıq. Nüşuz sözü, bir çox tərcümədə; "ifritəlik və itaətsizlik" şəklində tərcümə edilmişdir. Guya qadını alçaltmaq zehniyyətini demək olar ki, hər fürsətdə qadınlarla əlaqədar ayələrə bir yolla daxil etmək istəyən bəzi tərcüməçilər, mövhumatçı zehniyyətin şərt qoyduğu "kişiyə itaət" zehniyyətini ya mötərizə daxilində, ya da istiqamətləndirici tərcümələrlə müəyyən yolla vurğulamağa çalışmışdırlar. Halbuki nüşuz sözü, "bir qadının yad bir kişiylə, eşqbazlıqdan başlayaraq qeyri-qanuni cinsi əlaqəyə girməsinə qədər gəlib çıxan sədaqətsizlik" mənasını verir. Dolayısilə ayənin davamında özünə sədaqətsizlik edən qadına qarşı ərin necə davranmalı olduğu bildirilir. Kişi, əvvəlcə bu sədaqətsizliyi etməməsi üçün qadın nəsihət verməyə çağrılır. Bu fayda vermədikdə isə, ərinin yataqda onu tərk etməsi nəsihət edilir. Lakin qadın buna baxmayaraq, qeyri-qanuni əlaqəni davam etdirər və işi zinaya qədər gətirib çıxararsa, bu vəziyyətdə alınmalı ən yaxşı tədbir olaraq, qadını evdən uzaqlaşdırmaq göstərilmişdir. Şübhəsiz ki, qadının diqqətlə qorunduğu Quranda, qadının döyülməsi kimi hökmün olmayacağı aydındır. Məntiqi surətdə qiymətləndirdiyimiz təqdirdə isə, bütün xəbərdarlıqlara baxmayaraq, yoldaşını aldadan bir qadını döymək, onsuz da yalnız sədaqətsiz qadını qəzəbləndirəcək və məsələni həll etməyəcək, əksinə ortaya yeni çətinliklər çıxaracaq. Lakin uzaqlaşdırmaq bir çıxış yoludur. Qadın, uzaq qaldığı bu müddətdə daha məntiqli düşünə bilər, gördüyü bu rəftar qarşısında peşman ola bilər, hadisələrə daha sağlam baxa bilər. Necə ki, bu hərəkətindən imtina etdiyi təqdirdə, ərinin ona əziyyət vermək üçün başqa yol axtarmaması da, ayədə bildirilmiş gözəllikdir. "Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın" şəklində tərcümə olunmuş hissədə, yenə "kişiyə itaət edən qadın" zehniyyətinə əsaslanaraq bir istiqamətləndirmə aparılır. Halbuki əsil tərcüməyə görə burada; "verdiyiniz öyüdə qulaq asar və sədaqətli davranarlarsa" şəklində bir açıqlama yer alır. Buradakı meyar, qadının kişiyə qarşı itaətkar olması deyil, evlilik həyatında hər iki tərəfin də məsuliyyət daşıdığı "sədaqət"dir.
Qadınlar haqqında bilinən digər yanlış məlumatlar Quranda qadınlar haqqında bilinən digər yanlış mövzulardan biri, hz. Adəm (ə.s) və onun həyat yoldaşı ilə əlaqədar mövzudur. Quranın heç bir ayəsində yoldaşının hz. Adəm (ə.s)-ı aldatdığı və günaha batırdığı şəklində bir açıqlama yoxdur. Əraf surəsi 11-ci ayədən 28-ci ayəyə qədər oxunduğu təqdirdə, eyni anda hz. Adəm (ə.s) ilə həyat yoldaşını aldadanın şeytan olduğunu görərik. Eynilə qadının, kişinin qabırğa sümüyündən yaradılmasına dair Quranda hər hansı açıqlama yoxdur. Bu böhtanın ortaya çıxma səbəbi olan saxta hədis, əvvəlki başlıqlar altında açıqlanmışdır. Yanlış bilinən mövzulardan biri də, Quranın yalnız kişilərə xitab etdiyidir. Halbuki Quran ayələrinin 90%-dən artığı, kişi və qadınlara, ümumilikdə; "adəm oğulları" ifadəsi ilə bütün insanlara və ya "iman edənlər" ifadəsi ilə inananlara xitab edir. Yalnız kişilərə xitab edən ayələr olduğu kimi, yalnız qadınlara xitab edən ayələr də var. Qurandakı bəzi ayələr isə, bilavasitə yalnız Peyğəmbərimiz (s.ə.v)-ə xitab edir.
Peyğəmbərimiz (s.ə.v)-in qadınları tərifləyən sözləri Əlbəttə ki, İslamda bir qadına verilən dəyəri rəhbərimiz Quranla anlaya bilərik. Peyğəmbərimiz (s.ə.v) yalnız Quranı tətbiq etdiyinə görə, Peyğəmbərimiz (s.ə.v)-in Quranla üst-üstə düşən tətbiqlərini açıqlayan hədislərin doğruluğundan əmin olarıq. Necə ki, həmin bu səhih hədislər, qadınlara qarşı ürküdücü baxış prizması əks etdirən və Quranın ruhundan tamamilə uzaq saxta hədislərlə, tamamilə əks mənalar və tətbiqlər ehtiva edir. Quranla üst-üstə düşdüyü üçün, böyük ehtimal səhih olan hədislərdən bəziləri belədir: Dünyanızdan mənə üç şey sevdirildi: gözəl qoxu, əməlisaleh qadın, gözümün nuru olan namaz. [Nesâî, İşretu'n-Nisâ 1, (7, 61).] Qadınlara ancaq ləyaqət və şərəf sahibi kimsə dəyər verər. Onlara ancaq pis və alçaq insanlar xor baxar... (İ. Asakir) "Sizin ən xeyirxahınız həyat yoldaşına ən yaxşı davrananınızdır". (İ. Asakir ) Xanımlarınızı üzməyin. Onlar, Allahın sizə olan əmanətidir. Onlara yumşaq davranın, yaxşılıq edin! (Müslim) Xanımı ilə yaxşı yola gedib zarafatlaşanı Allah sevər, ruzilərini artırar. (İ. Lâl) Ən üstün mömin, xanımına, ən yaxşı, ən lütfkar davranan, gözəl əxlaqlı kimsədir. (Tirmizi) Ən yaxşı müsəlman, xanımına ən yaxşı davranandır. İçinizdə, xanımına ən yaxşı davranan mənəm. (Nesai) Xanımına gülər üzlə baxan kişinin dəftərinə, bir kölə azad etmiş qədər savab yazılar. (R. Nasıhin) Xanımını döyən, Allaha və Onun Peyğəmbərinə asi olar. Qiyamətdə onun düşməni mən olaram. (R. Nasıhin)
|
![]() |
Copyright © 2016 Design Studio 313 Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır. |
![]() |